Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Amerikada məktəbə gedə bilməyən şagirdlər dərslərdə necə iştirak edir

07/05/2008
Xəstə uşaqların dərslərdə iştirakı - Yükləmək (MP3) audio clip
Xəstə uşaqların dərslərdə iştirakı -  - (MP3) audio clip

America's Global College Forum - Profiles of Foreign Students Studying in the U.S.
Şagirdlərin uzun müddətli xəstəliklə üzləşməsi onların həftələrlə, bəzən də aylarla dərsdən qalması ilə nəticələnir. Ancaq texnologiya belə şagirdlərin təhsillərinin yüksək səviyyədə saxlanmasını asanlaşdırır.

Konnektikutdakı məktəbdə ikinci siniflərin dərsləri yenicə başlayıb. Yeddi yaşlı Andryu Arlon bu gün dərsdə yoxdur, ancaq bu onun dərsdə olan uşaqlara qoşulmasının qarşısını almır. Uşaq boyda olan robot Andryuya ağ qan xəstəliyi ilə mübarizə apardığı bir vaxtda dərslərdə iştirak etməsinə yardım göstərir: “Mən dostlarım üçün darıxıram, amma bura məktəbdən daha yaxşıdır. Çünki mən burada daha rahatam”

Şagirdlərə Tədris Şəraitinin yaradılması ilə Təhsilin  Təchizi pilot layihəsi və ya PEBBLES Andryu kimi uşaqlara normala yaxın həyat yaşamalarına kömək edir. Xəstəxanada və ya evdə bu cür uşaqlar əziyyət çəkdikləri anda, öz dərsləri ilə də əlaqədə qala bilirlər.

Robot ekran Andryunun sinif yoldaşlarına və müəlliməsinə onu görməyə və onunla söhbət etməyə şərait yaradır. Evdə olan robot isə eyni funksiyanı Andryu üçün həyata keçirir. Andryunun müəlliməsi Karl Bissen deyir ki, PEBBLES onun dərslərdə fəal iştirakını təmin edir: “O həqiqətən özünü kənarlaşdırılmış hiss etmir. Çünki o, bizim elədiyimiz bütün tapşırıqları bizimlə birlikdə edir”

Doqquzuncusinif şagirdi Maykl Qranqer PEBBLES teleiştirak texnologiyasının başqa bir azarkeşidir. Maykl da ağ qan xəstəliyindən əziyyət çəkir. Ancaq robot onu bütün il ərzində dərslərlə əlaqə yaratmasına imkan yaradıb: “O, mənə ömrümün ən çətin anlarında kömək olub.”

PEBBLES layihəsini Kandada yerləşən Telbotiks yaradıb. Hökumət tərəfindən maliyyələşdirilən pilot layihədən bəzi ailələr və xəstəxanalar pulsuz istifadə edə bilir.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available