Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

ABŞ-da İlin Müəllimi qeyri-adi metodlara üstünlük verir

09/05/2008

İlin Milli Müəllimi adını almış  Oreqon ştatının Prinvill  şəhərindəki orta məktəb müəllimi Maykl Qeysen əcnəbi dilli tələbələrə dərs demək istəyir. Ona mükafat  Ştat Məktəbləri Şurasının İlin Müəllimi Proqramı əsasında verilib. Şura 1952-ci ildən bəri Amerikada ilin müəllimini seçir. 
Maykl Qeysenin 35 yaşı var. Əvvəllər o, meşəbəyi idi. Lakin sonra o, təhsil sahəsində Magistraturanı qurtararaq yaşadığı Kruk mahalının  orta məktəbində işləməyə başlayıb.
Kruk mahalının  belə yüksək dərəcəli insanlara ehtiyacı var idi. O, öz  gəlişi ilə bu elm ocağına yeni enerji gətirdi. Maykl çalışdığı məktəbdəki şagirdlərin valideynlərinin də uşaqları ilə birlikdə fəaliyyət göstərmələri üçün özünün  yeni layihəsini hazırladı.
Onun sinfində olan şagirdlərdən biri deyir ki, müəllimin  sinifdə otun necə yetişdiyini nümayiş etdirməsi şagirdlər üçün maraqlıdır. Tənəffüs zamanı şagirdlər  söhbət etmək, hansısa məsləhəti almaq, bəzən də onunla birlikdə gitara çalmaq üçün müəllimləri Maykl Qeysenin otağına  gəlirlər. O, tələbələri yaradıcı olmağa yönəldir və dərsliklərdən çox praktikaya üstünlük verir.  Maykl söyləyir ki, şagirdlər dərsin öz həyatlarına və icmalarına təsir göstərə bildiyini görəndə  onların məktəbə və dərslərə marağı artır.

İki uşaq atası Maykl Qeysen aldığı ünvanla  təhsil üzrə sözçü kimi iyun ayının birində  fəaliyyətə başlayacaq, ölkəni və dünyanı  dolaşacaq.
Keçən həftə  prezident Corc Buş Ağ Evdə ölkənin ən yüksək səviyyəli müəllimlərinə mükafatlar verdi. O, Maykl Qeysenin fəaliyyətlərindən, onun başçılıq etdiyi təhsil ocağındakı ilk iki ildə gördüyü işlərdən danışdı. Onun proqramının həyata keçməsi ilə  Mayklın məktəbində tələbələrin texniki fənlər üzrə aldığı qiymətlər  xeyli yüksəldi.
İlin Müəllimi Maykl Qeysen Ağ Evdəki çıxışında  dedi ki, tələbələr təkcə ölçüləsi rəqəmlər deyil. O, qeyd etdi ki, tələbələrin yaradıcılığına, arzularına da önəm verilməli, onların  biliyi həyata  tətbiq etmələrinə imkan yaradılmalıdır.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir