Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

ABŞ-da daimi sakin olmağın 5 üsulu

13/05/2008

ABŞ-da 7 milyon və bəlkə daha çox qeyri-qanuni mühacir yaşayır. Bu gün mühacirət islahatları barədə debatların əsas mövzusu onlarla nə etmək barədədir. Əlbəttə ki, qanuni imiqrantlarla bağlı sual da hələ cavabsız qalır.

US_capitol_flag_210Misal üçün, ABŞ öz qapılarını daha bacarıqlı işçilərə açmalıdırmı? Müəssisələrin çoxu bunu istəyir. Və ya Konqres hazırkı məhdudiyyətləri azaltmalıdırmı? Suallar həddən artıq çoxdur.
Konqres keçən il mühacirət islahatları barədə qanun layihəsini qəbul etməyə çalışdı. Ancaq qanun layihəsi Senatdan keçmədi. Ona görə də, qanunvericilərin yerinə, administrasiya sərhəd təhlükəsizliyini və mühacirlərə nəzarəti gücləndirmək üçün yeni ölçüləri bəyan etdi. Bu addımlara iş yerlərində reydlərin artırılması və müəssisə rəhbərlərinə böyük miqdarda cərimələr daxildir.

Mühacirlərin hüquqlarını müdafiə edən fəallar deyir ki, güclü  nəzarət hətta qanuni immiqratları da cəzalarla üzləşmək təhlükəsi qarşısında qoyur. Ancaq qanunsuz mühacirlərin əleyhinə olan fəalların fikrincə milyonlarla insanın təchizatı ictimai xidmətlərə böyük dəyər kəsb edir. Kaliforniyada bir fəal deyir ki, ştat pulu zəlzələ riski olmayan körpü və başqa ictimai strukturların tikintisinə sərf edə bilər.

Dinləyicilərimiz adətən belə bir sual verirlər. ABŞ-da necə qanuni daimi sakin olmaq olar? Bunun 5 yolu var. Ancaq proses çox çətin və vaxtalıcı olur.

Daimi sakin xaricdə doğulan ancaq Amerika vətəndaşı ilə demək olar ki, eyni hüquqa malik olan insanlardır. Onlar işləyə ancaq, səs verə və ya siyasi idarəyə sahib ola bilməz. Daimi sakinlik özünü balaca bir kardla – “green cart”la əks etdirir. Ancaq bu kartın rəngi yaşıl yox, açıq qırmızıdır.

Green card
“Green Cart” Daxili Təhlükəsizlik Departamentində olan ABŞ Vətəndaş və Mühacir xidmətindən əldə olunur. İnsanların çoxu ABŞ-a ailə sponsorluğu ilə gəlir. Bu, o deməkdir ki, ABŞ-dakı ailə üzvləri mühacirə görə məsuliyyəti öz üzərinə götürür. Sponsor ABŞ vətəndaşı və ya daimi sakini olmalıdır. Bundan əlavə o şəxsin yaşı 18-dən yuraxı və ABŞ-a gəlmək istəyən şəxslə qan qohumluğu olmalıdır. Amerika vətəndaşı ilə ailə quran adam da dərhal qan qohumuna çevrilir. Ancaq onlara əvvəlcə müvəqqəti “Green Cart” verilir. Tədqiqatçılar nigah məhz immiqrasiya məqsədilə baş tutmamasını təsdiq etdiyi təqdirdə, iki ildən sonra həmin şəxsə daimi sakinlik statusu verilir.

İkinci yol işləmək üçün Amerikaya gəlməkdir. 2006-cı ildə təxminən 160 min adam bu üsulla ABŞ-da daimi sakin olub.
ABŞ-da daimi sakin olmaq üçün qaçqın statusu da kömək edir. Bu yol ölkələrində qaldıqları təqdirdə fiziki zorakılıqlara məruz qalacaqlarından qorxan insanlara şamil olunur. Belə şəxs vəziyyətləri barədə ya ABŞ səfirliyinə ya da BMT-nın qaçqınlar komitəsinə müraciət etməlidirlər.

ABŞ-ın daimi sakini olmağın başqa bir yolu Amerikada investisiya yatırmaqdan keçir. Bunun üçün gərək, ölkənin kasıb ərazilərinə ən azı 500 min dollar pul yatırasan və azı 10 nəfəri işlə təmin etməlisən. 2006-cı ildə bu yolla daimi sakin statusu alanların sayı 750 olub.

Beşinci və sonuncu  yol isə lotoreya yolu ilə “Green Cart”ın əldə olunmasıdır. İmmiqrantların Müxtəlifliyi Viza Proqramı adlanan bu lotereyanın məqsədi dünyanın bütün xalqlarından olan nümayəndlərə Amerikada yaşamaq şansı verməkdir.
İnsanlar adlarını lotoreyaya daxil edərək bəxtlilər sırasına düşəcəklərinə ümid edirlər. Şanslı şəxsi isə kompyuter seçir.
Ancaq bu 5 üsulun hamısı üçün uzun müəyyən vaxt tələb olunur.

Emil Quliyev 

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available

  Başqa xəbərlər
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available