Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

"Ellis Island" və ya "Amerika darvazası"

13/05/2008

Between 1892 and 1954, roughly 12 million immigrants came through Ellis Island -- a small patch of land located just off the tip of New York City.
Ellis Island Nyu-York buxtasında yerləşir. “Amerika darvazası” adlanan bu ada bir zamanlar başlıca mühacirət mərkəzi olub.
1892-1924-cü illər arasında Ellis adasından 20 milyon immiqrant ölkəyə daxil olub. Amerikalıların təxminən 40 faizinin ailəsində ABŞ-a oradan daxil olan ən azı bir üzv var. Hazırda bu tarixi yerin bərpa edilməsinə çalışılır.
Ellis adasında immiqrasiya mərkəzi 1924-cü ildə bağlanıb. Orada bütün binalar boş idi. İmmiqrantlar limanda rütubətli hava şəraiti səbəbilə evləri tərk etməyə başlayıblar. 1976-cı ildə isə Azadlıq abidəsi bərpa olundu. Bu, ABŞ-ın 200-cü ildönümü ilə bağlı idi. Ellis adasının əsas binaları təmir edildi və mərkəz qapılarını ziyarətçilərə açdı. Ada Amerikanın immiqrant muzeyi və şərəf memorialı oldu. Ötən bir neçə ildə qeyri-hökumət təşkilatları Ellis adasında başqa binaların da təmir və bərpa edilməsi üçün pul ayrılmasına cəhd göstərirlər. İndi məşhur və adi amerikalılar internetdə və televiziya ekranlarında peyda olaraq kömək istəyirlər. Onlar əcdadlarının Ellis adasındakı həyat təcrübələrindən danışırlar.

Ellis IslandMisal üçün Avropadan Nyu York limanına gəmilər daxil olan zaman, o vaxtki sakinlər varlı sərnişinlərin sənədlərini yoxlayar, kasıbları isə sakitçə qarşılayardılar. Avropadan gələnlər bir neçə yoxlanışdan keçərdilər. Gün ərzində 5 mindən çox immiqrant onları gözləyən həkim qrupunun yanına aparılardı. Həkimlər onlardan əl-üstü fiziki əqli imtahan çərçivəsində 13 saniyəlik tibbi yardım nə olduğunu soruşardılar. Testi keçə bilməyən immiqrantlar üçün bu, yeni Amerika həyatı ümüdlərinin puç olması demək idi. Onlardan bəziləri Avropaya qaytarılmamışdan əvvəl Ellis Adası hospitalına göndərilərdi. Hospital bərpa olunacaq təhlükəli binalar biridir.

O zaman Amerikada yeni həyata başlayan bəzi imiqrantlar üçün Ellis adası ümid və uğurlarının hekayətini əks etdirir. “Ellis İsland”ın qorunması kampaniyasını dəstəkləyənlər deyir ki, oradakı binalar tam bərpa olunmalıdır. Onlar tarixlərini qorunub saxlanılması üçün tarixi binaların da saxlanmasını istəyirlər.

Emil Quliyev

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir