Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Amerika vətəndaşlığı üçün keçirilən "100 sual" testinə dəyişikliklər edilib

13/05/2008

Citizenship Quiz bookcoverRəsmilər tarix və hökumət haqda 100 sual élan ediblər. Keçən il hazırlanan yeni immiqrasiya testi bu ilin oktyabrından qüvvəyə minəcək. Yeni təsis edilən hökumət və tarix haqda 100 sualdan 3-ü Amerika vətəndaşlığı üçündür. İnsanlar 2008-ci ilin oktyabrından immiqrasiya prosesinin bir hissəsi kimi bu testlərdən keçməyə başlayıb. Hökumət gələn ilin əvvəlindən araşdırma materiallarının təchizatına başlayacaq.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya xidməti mülki suallar və cavablar haqda keçən həftə məlumat vermişdi. İmmiqrasiyanın yazılışı və oxunuşu da yenidən hazırlanıb. Hökumət rəsmiləri bu layihəyə 2000-ci ildən başlayıblar. Araşdırmaların nəticəsi ölkə hüdudunda necə verilməsi və onların hesablanmasında fərqlərin olduğunu göstərib. Bəzi ədalətsizliklər yaşanıb.
Rəsmilərin sözlərinə görə, götürüləcək bu testlər insanlara həmçinin vətəndaş hüquqları və məsuliyyətlərini bilməyə kömək edəcək.
Əsas 3 sual isə Konstitusiyanın qəbul olunması, mənasının açıqlanması və amerikalıların əsas hüquqlarının müdafiəsi ilə bağlıdır.

Bəzi suallarda çox az dəyişiklik var. Məsələn, “ABŞ prezidenti kimdir” sualı dəyişilərək, “hazırda ABŞ-a kim prezidentlik edir” sualı ilə əvəzlənib. “Pilqrimləri Amerikaya gətirən gəminin adı nədir”, “hansı qrup müharibə élan etmək gücünə malikdir” kimi suallar isə ümumiyyətlə ləğv olunub.

Yeni testdə bəzi suallar da peyda olub. Bunlara “Dinlərin azadlığı nədən ibarətdir?”, “ABŞ-da olan bir amerika qəbiləsinin adı?”, “2001-ci il 11 sentyabrda ABŞ-da hansı hadisə baş verib?”, “Amerikalıların demokratiyada iştirak etməsi üçün iki üsul?” kimi suallar aiddir.

Başqa bir yeni sualda isə ABŞ vətəndaşlarının iki başlıca hüququ göstərilib. Bütün suallar və cavablara Vətəndaşlıq və immiqrasiya xidmətinin saytında pulsuz baxmaq mümkündür. Saytdda testin hissələrini oxumaq və yazmaq üçün lüğət də yerləşdirilib.

Emil Quliyev

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available

  Başqa xəbərlər
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available