Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Terrorun baş sponsoru - İran

14/05/2008

Bu yaxınlarda Birləşmiş Ştatlar Dövlət Departamenti beynəlxalq terrorizm barədə illik hesabatını açıqlayıb. Sənəddə yenə də İran dünyada terrorçuları fəal surətdə dəstəkləyən dövlətlərin ön sırasındadır.

Iran nuclear Birləşmiş Ştatlar Dövlət Departamentinin əks-terror  idarəsinin koordinatoru  səfir Dell Dailey İran rejiminin terror sahəsində fəaliyyətini  belə edir: “ İran Fələstin terrorçu qrupları, Livanda Hizbullah, İraqdakı ekstremistləri və Əfqanıstanda döyüşən talibanı yardımla təmin edir. O, İraqda sabitliyi dəstəkləyəcəyi vədini pozur. İran rəsmiləri koalisiya, İraqın təhlükəsizlik qüvvələri  və İraqın mülki vətəndaşlarının  hədəflərinə hücumlar edən bəzi qrupları  silah, maliyyə fondu və tövsiyələrlə təmin edir.”

Səfir Dailey deyir ki, İran terrorçuluğu dövlət səviyyəsində  dəstəkləyən və Livanın demokratik hökumətini sıradan çıxarmağa çalışan müttəfiqi Suriya ilə iş birliyi aparır.

İran rejiminin siyasəti hazırda İranda yaşayan Əl-Qaidə üzlərinə qayğı göstərməyə əsaslanır,  bu isə əlavə  narahatlıqlara səbəb olur. Dövlət Departmentinin hesabatına istinadən  2007-ci ildə İran həbsdə saxladığı Əl-Qaidənin yüksək vəzifəli rəsmilərini ədalət məhkəməsi qarşısına çıxarılması və onların kimliyi barədə məlumat verməkdən imtina etdiyi bildirilir. İran həbsdə saxladığı Əl-Qaidə üzlərini istintaq, mühakimələri üçün  doğulduğu,  və ya vətəndaş olduqları  ölkələrə təhvil verilmələri üçün dəfələrlə müraciət edilib. Sənəddə həmçinin qeyd edilib ki, İran  Əfqanıstanda Taliban rejimi devrildikdən sonra İrana qaçan  Əl-Qaidənin bəzi üzvlərinin  tam fəaliyyətlərinin nəzarət altına alınması çağırışlarını rədd etməkdə davam edir.

Hesabatda qeyd edilib ki, İran Suriya ilə yanaşı Kuba, Şimali Koreya və Sudan terrorçuları dövlət səviyyəsində dəstəkləyən ölkələrdir. Bundan əlavə onlar terorrçuları maliyyə fondu, silahlar və sığınacaqla təmin edirlər. Adı çəkilən bu ölkələrin bəzisi kütləvi qırğın silahlarına malikdir. Terrorçuların bu silahlara malik olub, onlardan istifadə etmələri Birləşmiş Ştatlar və onun  beynəlxalq tərəfdaşlarının  təhlükəsizliyinə böyük hədədir. Dövlət Departamentinin beynəlxalq terorrizmlə bağlı illik hesabatında  bildirilir ki, Birləşmiş Ştatlar  bu ölkələrdən terrorçu qrupların dəstəklənməsindən əl çəkmələrini tələb edir.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Dəyirmi Masa: Bloggerlərin məhkum edilməsi

  Başqa xəbərlər
ABŞ prezidenti Asiyaya ilk rəsmi səfərə çıxır
Rusiya Ukraynaya xəbərdarlıq verib
Hillari Klinton:`Prezident Obamanın Birmanın yüksək səviyyəli rəsmiləri ilə görüşəcəyi istisna edilmir`
ABŞ-da təhsil alan xarici tələbələr təcrübələrini bölüşür
ABŞ hökuməti qeyri-qanuni mühacirləri saxlamaq yollarını islah etməyə çalışır
Prezident Obama Əfqanıstanda müharibə strategiyasına dəyişikliklər edilməsini istəyir
Corc Buş onun adını daşıyan siyasət institutunun açılışında iştirak edir
Almaniyanın müdafiə naziri Əfqanıstana səfər edir
Neşvil şəhərində kantri musiqisi mükafatlarının təqdimatı mərasimi olub
Rusiya prezidenti ölkə iqtisadiyyatının müasirləşdirilməsi və genişləndirilməsi vaxtının çatdığını deyib
Azərbaycan məhkəməsi blogerlərə həbs qərarı çıxardı  Audio Clip Available
Elmar Məmmədyarov: İşğal edilmiş torpaqlardan qoşunların çıxarılması əsas məsələdir  Audio Clip Available
İKT Azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasını dəstəkləyir
ABŞ-da Veteranlar günü qeyd edilir
ABŞ Dövlət Departamenti bloggerlərin məhkum olunmasını tənqid edir
Bakıda sivilizasiyalararası dialoq konfransı keçirilir
Hillari Klinton APEK sammitində Şimali Koreya və Birmada vəziyyəti müzakirə edib
Amerika məktəblərində əl yazısından istifadə
Gürcüstan Rusiyanı Qara dənizdə balıqçıları saxlamaqda ittiham edib
İranda kürd fəal edam edilib
İsrail açıqladığı sənədlər və foto-şəkillərin silah yükünün İrandan gəldiyini sübut etdiyini bildirir
Əfqanıstanda itkin düşmüş ABŞ əsgərinin cəsədi tapılıb
Con Allen Məhəmmədin ölüm hökmü icra edildi
Pakistanın Əfqanıstanla sərhəddində insidentlər davam edir
Yəmən və Birləşmiş Ştatlar arasında hərbi əməkdaşlığa dair razılıq imzalanıb
70 milyon iranlıya bir milyon donuz qripi vaksini
Çində prezident Obamanın səfərinə hazırlıqlar gedir
Hollivudda Gürcüstan-Rusiya müharibəsinə həsr edilmiş yeni film çəkilir
Harayın qonağı Hidayət Sultanzadə: İranı ideologiya deyil, demokratiya xilas edəcək  Audio Clip Available