Adi görünüş

VOANews.com
News in 44 languages


Terrorun baş sponsoru - İran

14/05/2008

Bu yaxınlarda Birləşmiş Ştatlar Dövlət Departamenti beynəlxalq terrorizm barədə illik hesabatını açıqlayıb. Sənəddə yenə də İran dünyada terrorçuları fəal surətdə dəstəkləyən dövlətlərin ön sırasındadır.

Birləşmiş Ştatlar Dövlət Departamentinin əks-terror  idarəsinin koordinatoru  səfir Dell Dailey İran rejiminin terror sahəsində fəaliyyətini  belə edir: “ İran Fələstin terrorçu qrupları, Livanda Hizbullah, İraqdakı ekstremistləri və Əfqanıstanda döyüşən talibanı yardımla təmin edir. O, İraqda sabitliyi dəstəkləyəcəyi vədini pozur. İran rəsmiləri koalisiya, İraqın təhlükəsizlik qüvvələri  və İraqın mülki vətəndaşlarının  hədəflərinə hücumlar edən bəzi qrupları  silah, maliyyə fondu və tövsiyələrlə təmin edir.”

Səfir Dailey deyir ki, İran terrorçuluğu dövlət səviyyəsində  dəstəkləyən və Livanın demokratik hökumətini sıradan çıxarmağa çalışan müttəfiqi Suriya ilə iş birliyi aparır.

İran rejiminin siyasəti hazırda İranda yaşayan Əl-Qaidə üzlərinə qayğı göstərməyə əsaslanır,  bu isə əlavə  narahatlıqlara səbəb olur. Dövlət Departmentinin hesabatına istinadən  2007-ci ildə İran həbsdə saxladığı Əl-Qaidənin yüksək vəzifəli rəsmilərini ədalət məhkəməsi qarşısına çıxarılması və onların kimliyi barədə məlumat verməkdən imtina etdiyi bildirilir. İran həbsdə saxladığı Əl-Qaidə üzlərini istintaq, mühakimələri üçün  doğulduğu,  və ya vətəndaş olduqları  ölkələrə təhvil verilmələri üçün dəfələrlə müraciət edilib. Sənəddə həmçinin qeyd edilib ki, İran  Əfqanıstanda Taliban rejimi devrildikdən sonra İrana qaçan  Əl-Qaidənin bəzi üzvlərinin  tam fəaliyyətlərinin nəzarət altına alınması çağırışlarını rədd etməkdə davam edir.

Hesabatda qeyd edilib ki, İran Suriya ilə yanaşı Kuba, Şimali Koreya və Sudan terrorçuları dövlət səviyyəsində dəstəkləyən ölkələrdir. Bundan əlavə onlar terorrçuları maliyyə fondu, silahlar və sığınacaqla təmin edirlər. Adı çəkilən bu ölkələrin bəzisi kütləvi qırğın silahlarına malikdir. Terrorçuların bu silahlara malik olub, onlardan istifadə etmələri Birləşmiş Ştatlar və onun  beynəlxalq tərəfdaşlarının  təhlükəsizliyinə böyük hədədir. Dövlət Departamentinin beynəlxalq terorrizmlə bağlı illik hesabatında  bildirilir ki, Birləşmiş Ştatlar  bu ölkələrdən terrorçu qrupların dəstəklənməsindən əl çəkmələrini tələb edir.
Baş xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available

Başqa xəbərlər
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available