Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

ABŞ-ın “Mütaliə Birincidir” adlı federal proqramı tədris sisteminə yardım edir

23/05/2008

Home schoolers maintain that their kids have no problem learning, and test results, by and large, back them upBirləşmiş Ştatlarda son bir neçə il ərzində həyata keçirilən “Mütaliə Birincidir” adlı federal proqram hər il bir milyard dollar əldə edir. Bu vəsait tədris sistemində bu praktikanın elmi əsasda tətbiqinə xərclənir. Burada əsas məsələ uşaqların mütaliəsinə və üçüncü sinifdən yuxarı və aşağı şagirdlərə köməkdir.

Buş administrasiyasının 2001-ci ildə “Heç bir uşaq geridə qalmayacaq” proqramına əsasən təhsil ocaqlarına vəsait ayrılıb. Müəllimlər oxu dərslərində leksika və fonetikaya daha çox vaxt ayırmağa başlayıblıar. Lakin araşdırmalar göstərib ki, bunun oxu testlərinə bir o qədər də təsiri yoxdur. Hökumətin tədqiqatçıları araşdırmaların nəyə görə belə nəticələr verdiyini izah edə bilmirlər. Tənqidçilər bu proqramı nailiyyətsiz adlandıraraq, Konqresdən bu proqramın dayandırmasını istəyir.

Təhsil nazirliyi rəsmilərinin bu proqramla bağlı, nəşriyyatlarla “mənfəət əlaqələri” barədə iddialar proqramın daha çox tənqid olunmasına gətirib çıxardıb. Konqres bu il proqrama xərclənən vəsaitin üçdə iki hissəsini kəsib. Lakin federal təşkilatlar bu proqramın bəzi hallarda nailiyyəti olduğunu deyir və davam etdirilməsini istəyirlər.

"Mütaliə Birincidir" proqramı tərəfindən 2004- 2006-cı illər arasında 12 ştatın 17 məktəbində aparılan araşdırmaların nəticələri açıqlanıb. Bundan sonra aparılan araşdırmaların nəticələri isə gələn ilin əvvəlləri açıqlanmalıdır. Digər yeni açıqlamada isə keçən il Amerika məktəblilərinin daha çox kitab oxuduğu bildirilir.

"Renessans Lerning" şirkətinin məlumtında Mütaliə proqramından bir çox məktəblərədə istifadə edildiyi bildirlir. Burada deyilir ki, məktəblilər kitabları oxuduqdan sonra kompyuterin verdiyi suallara cavab verməklə, oxuduqlarını necə qavramaları barədə məlumat əldə edə bilirlər. Artıq kompyuterlə aparılan testlər vasitəsi ilə oxunan 115000 kitabın nəticələri barədə məlumat almaq olar. 

 Amerikada təhsil haqqında daha ətraflı məlumat üçün Internet saytımızdakı təhsil rubrikasına müraciət edə bilərsiniz. Internet ünvanımız: voanews.com/azerbaijanidir

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available

  Başqa xəbərlər
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available