Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Qeyri-qanuni mühacirlərin Amerikada həyatı haqda yeni film

30/05/2008

Haaz Sleiman, left and Danai Gurira in scene from <i>The Visitor</i>Quruluşçu-rejissor Tomas Makkartinin filmində iqtisadiyyat professoru Valter Veyl həyat yoldaşının vəfatından sonra Konnektikut ştatında tək yaşayır. Artıq işinə həvəsi olmayan professor konfransda çıxış etmək üçün Nyu Yorka gedir.

Özünün köhnə evinə daxil olarkən o orada qeyri-qanuni mühacirlərin yaşadığını görür. Suriyalı musiqiçi və onun qız yoldaşı seneqallı Zeynəb fırıldaq qurbanı olaraq evi özünü onun sahibi kimi göstərən bir adamdan kirayə götürüblər.

Scene from <i>The Visitor</i> Professor Valter onlara onun qalmasına icazə verir və Tariklə dostlaşır, ondan zərb alətlərində çalmağı öyrənir.

Tarik və Zeynəblə yaxından tanışlıq professorun yenidən nikbin əhval-ruhiyyəyə qaytması və mənəvi cəhətdən müvazinatını bərpa etməsinə kömək edir. Buna görə də o, Tarik həsb edilib deportasiya edilmək qarşısında olanda Valter sarsıntı keçirir.

Lakin Valter taikrə kömək etməkdə gücsüzdür. Aktyor Riçard Cenkins çox təmkinli, lakin xeyirxah bir insanın obrazını yarada bilib. O deyir ki, filmin çəkilişi zamanı qeyri-qanuni mühacirlərin nədən keçdiyini başa düşə blib.

Haaz Sleiman plays TarekTarek rolunda livanlı aktyor Haaz Sleyman çəkilib. O, rola grimək üçün deportasiya hallarını öyrənib və deyir ki, geri qaytarılmış insanlar böyük itki hissi keçirirlər.

Zimbabve mənşəli Amerika aktrisası Danay Qurira Zeynəb rolunda çəkilib. Onun sözlərinə görə, həbslər və deportasiya və qyri-qanuni mühacirlərdə psixoloji problemlərin yaranmasına səbəb olur.

Tomas Makkartinin “Ziyarətçi” filmi təkcə mühaxirət əhvalatı deyil. Bu, məhəbbət, insanların universal səviyyədə bir-birilə təmaslarına həsr olunmuş filmdir. Filmin çəkiliş qrupu Birləşmiş Ştatlarda yaşayan çox sayda qeyri-qanuni mühacirdə dərin təsir buraxa biləcək bir əsər yarada biliblər. 

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir