Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

ABŞ ali təhsil ocaqlarında ödəniş haqqı sürətlə artır

30/05/2008

Amerikada Ali təhsil ocaqlarına tələbələrin cəlb edilməsinə yardım edən şirkətlərə  kolleclər, tələbələr  bəzən də hər ikisi tərəfindən pul ödənməsi, ehtimal olunan mənafelərin toqquşması cəhətindən narahatlıqlara səbəb olur.

Harvard HallBirləşmiş Ştatlarda son otuz il müddətində digər sahələrlə müqayisədə  ali təhsil ocaqlarının  təhsil  haqları sürətlə artır. Buna görə də bu yaxınlarda ölkənin  nüfuzlu kollecləri  tələbələrə maliyyə yadımlarını  artırmaq qərarına gəldilər. Lakin bir qrup tələbə hələdə  təhsil haqqının tamamını  ödəməlidir ki, onlar xarici  tələbələrdir. Üniversitetlərin xarici tələbələri cəlb etmək üçün daha çox səy göstərməsinin səbəblərindən biri də budur.

Böyük universitetlərin çoxu xarici  tələbələri cəlb etmək üçün öz proqramlarından istifadə edirlər. Lakin kiçik təhsil ocaqları  bu məqsədlə özəl şirkətlərin xidmətindən istifadə edir. Buna misal olaraq Pensilvaniya ştatındakı Albright kollecini göstərmək olar. Burada çoxu Asiya ölkələrindən olmaqla, 100 nəfər xarici tələbə təhsil alır.

Bu kolec Study Group Holdings adlı şirkət vasitəsi ilə  qəbul olunan  xarici tələbələrə təhsil haqqından  20 faiz güzəştə gedir. Albright kollecinin  nümayəndələri deyirlər ki, kolec  tələbələrdən aldığı təhsil haqqıyla şirkətin xidmətinin qarşılığını  ödəyir.  Şirkət yaxşı tələbələri axdarıb tapır və  kolecə müraciətdən əvvəl onların İnglis dili səviyyəsini  yoxlayır.

Lakin xarici tələbələr çox zaman  belə şirkətlərə özləri pul verirlər. Bu şirkətlər tələbələrə lazımi sənədlərin doldurulmasında, qəbul imtahanlarına hazırlıqda və tövsiyyə məktublarının əldə olunmasında kömək edir .  Bəzi şirkətlər tələbələrin Birləşmiş Ştatlara gəlmək üçün viza müraciətlərinə də kömək edir.

Bəzi  şirkətlərin  həm tələbələrdən həm də  üniversiterlərdən pul qəbul etməsi isə narahatlıqlara səbəb olur.  Bəzi təhsil rəsmiləri bu praktikanı maraqların toqquşması adlandırırlar.  Onlar deyirlər ki, belə şirkətlər  tələbə üçün ən yaxşı seçim olmasa da  onları  özlərinin pul aldığı üniversitetlərə cəlb etməyə çalışa bilərlər.

Şirkətlər isə gördükləri işin  qanuni və Birləşmiş Ştatların xeyrinə  olduğunu deyirlər. Onlar kolleclərlə birlikdə işləyərək, tələbələrin yaxşı təhsil almalarına kömək etdiklərini bidirirlər.

Nərminə Cəlalqızı

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available

  Başqa xəbərlər
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available