Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

ABŞ-da müsiqi piratçılığı ilə ən çox məşğul olan tələbələrdir

13/06/2008

210_internet_piracyTələbələrin İnternetdən musiqini  qeyri-qanuni yolla  lentə yazmaları hal-hazırda debatlara səbəb olub. Bügünkü məktəb tələbələrinin valideynləri gənc olarkən müsiqini bir-birləri üçün   lentə yazırdılar ki, bu da xeyli vaxt aparırdı. Onlar müsiqinin nüsxəsini vallardan və ya kasetlərdən lentə köçürürdülər.

Bu gün isə dostlar müsiqi mübadiləsini öz aralarında internet vasitəsi ilə sürətlə edirlər. “Peer-to-peer” şəbəkəsi belə mübadilələri asanlaşdırıb. Bu isə çox hallarda qeyri-qanuni edilir.

Beş il bundan əvvəl Amerikanın Səsyazma Sənayesi Assosiasiyası RİAA piratlıq yolu ilə lent yazmaları ilə məşğul olanları ələ keçirmək üçün kampaniya  başladıb. Bununla piratlıq yolu ilə lent yazıları qeyi-qanuni oldu.  Piratlıq müəlliflik  hüququ barədə  qanunları pozur ki, bu qanunlar yaradıcılıq əsərlərinin reprodaksiyası və ya  icazəsiz satışını  qadağan edir.

Sənaye qrupu minlərlə  universitet tələbəsini quldurluq yolu ilə səsyazmalarına görə  məhkəməyə verib.  Tələbələr  bəzi hallarda şirkətə bir cərimə ödəyərək  mühakimə  prosesindən boyun qaçıra bilərlər.

Assosoasiya tələbə şəhərciklərində qeyri-qanuni səs yazmalarının qarşısını almaq məqsədi ilə internetdə xüsusi proqramdan istifadə edir. Lakin bir çox kollec və universitetlər belə texnologiyanın əleyhinədir. Onlar bunun lazım olmayan əlavə vəsaitə səbəb olduğunu  deyir və daha çox qeyri-qanuni yollardan  internet provayderlərinin istifadə etdiklərini deyirlər.

“ECUKAUZ” adlı təhsil qrupu yüksək səviyyəli texnologiyanın ali təhsil ocaqlarının İnternet sistemlərinə  quraşdırılmasının məcburi  olması səylərinə qarşı mübarizə aparır. Qrup deyir ki,  tələbələrin  təqribən 80 faizi tələbə şəhərciyindən kənarda yaşayır və  onların  əksəriyyətinin öz evlərindən üniversitetlərin İnternet sistemlərinə çıxışı olmur.

Səsyazma Sənayesi Assosiasiyası bildirir ki, tələbələrin hədəf alınmasının əsas səbəbi onların quldurluq yolu ilə səs yazmasının böyük  problem olaraq qalmasıdır. Son araşdırmaların nəticələrinə görə, film və müsiqini  piratlıq yolu ilə yazanlar əsas olaraq kollec tələbələridir.

Sənaye qrupu bu məsələ ilə əlaqdar Konqresi də qərar qəbul etrməyə çağırır. Konqresin  Nümayəndələr Palatası fevral ayında  ali təhsil  barədə  qanun layihəsinə  piratlıqla mübarizə barədə bir maddənin əlavə olunmasını da təstiq edib.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available

  Başqa xəbərlər
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available