Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

ABŞ-da kompüter əsaslı tədris

19/06/2008

Students work on their class assignments for African Virtual University20 ildən artıqdır ki, kompüter tədrisdə istifadə olunur. Ancaq yeni buraxılan kitabda deyilir ki, kompüterlər indi təhsili dəyişir. Və təhsilin gələcəkdə daha çox dəyişəcəyi ehtimal olunur.

Kitab "Dərsi Pozarkən: Pozucu innovasiya dünyanın tədris metodunu necə dəyişəcək" adlanır. "Pozucu İnnovasiya" nəzəriyyəsinin müəllifi Harvard Bizines məktəbinin professoru Kleyton Kristensendir. Onun sözlərinə görə, təşkilatlar demək olar ki, həmişə gördükləri işləri davam etdirmək üçün yeni, yaradıcı texnologiyadan istifadə edirlər. Müəllif deyir ki, yeni texnologiya təşkilatları dəyişə və onları yeni üsula yönəldə bilər. Onlar texnologiyadan işlərini müxtəlif yolla həyata keçirmək üçün istifadə edə bilər. Məsələn, daha çox ehtiyaclara xidmət etmək üçün. Yeni kitabda deyilir ki, təhsildə fərqli güc kompüter əsaslı tədrisdir. "Dərsi Pozarkən" kitabının digər müəllifi Maykl Horn baş çəkdiyi Boston dövlət məktəbindən danışıb. Massaçusets ştatının Dorçester şəhərindəki Lilla Frederik adına orta məktəbində hər bir şagirdin ləptopu var.

Siniflərdən birində mövzu qasırğalar idi. Maykl Horn deyir ki, ləptoplar şagirdlərin daha yaxşı dərk etməsinə, materialları qabiliyyət səviyyəsinə və tədris metoduna uyğun ayırmasına şərait yaradır. Sonda isə şagirdlər müəllimin rəhbərlik etdiyi müzakirələrə qatılır.

Kompüter əsaslı tədris şagirdlərə məktəbdə təklif olunmayan dərsləri götürməsinə, və onların kəsildiyi dərsləri yenidən keçməsinə imkan verir. Bu, həmçinin fiziki problemlər üzündən dərslərdə iştirak edə bilməyən, evdə tədris götürən və repetitorla hazırlaşan şagirdlərə də xidmət edir.

Yeni tədris növünə online kurslar daxildir. Online kurslara qeydiyyat kəskin şəkildə artır. 2007-ci ildə ABŞ-da bir milyona yaxın qeydiyyat var idi. Buraya universitet kursları daxil deyil. Şagirdlər məktəblər və təhsil şirkətləri vasitəsilə bir neçə kursda qeydiyyata alına bilər.

Sahand Minaie uses a library computer to buy sheet music onlineOnline kurs götürənlərin 60 faizi orta məktəbdə oxuyan yuxarı sinif şagirdləridir. Buna baxmayaraq, keçən il online kurs götürənlər bütün amerika məktəblilərinin yalnız bir faizini əhatə edib. Ancaq kitabın müəllifləri deyir ki, yaxın 6 ildə bu faiz göstəricisi 10-a qalxacaq. Onların araşdırması göstərir ki, 2019-cu ilə kimi onların sayı 50 faizə yüksələcək. Maykl Hornun sözlərinə görə, gələcəkdə online tədris hətta inkişaf etməkdə olan ölkələrdə də təkmilləşəcək.

Emil Quliyev

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb

  Başqa xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
İranın sabiq daxili işlər naziri vəfat edib
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Turkiyə Mosulda öldürülən türkmən siyasətçisinin qətlini qınayıb
Rumıniyada ikinci raund prezident seçkiləri keçirilə bilər
Əfqanıstanda 4 Amerika əsgəri həlak olub
Hindistanın baş naziri Manmohan Singh rəsmi səfərlə Birləşmiş Ştatlardadır
Filippinin cənub bölgəsinin qubernatorunun onlarla insanın qətlində əli olduğu deyilir
İraq parlamenti seçki qanunlarının təsdiqi səylərini davam etdirib
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
ABŞ Senatı səhiyyə islahatları üzərində debata başlamağa səs verdi
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
İranda islahatçı məhkum edildikdən sonra zaminə buraxıldı
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available