Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Xaricdə təhsil alan amerikalıların sayı artır

01/08/2008

[insert caption here]Bir neçə il əvvəl Konqresin təsis etdiyi komissiya 2017-ci ilə kimi  bir milyon tələbənin xarici göndərilməsini qarşıya məqsəd qoyub. İnstitut deyir ki, xaricdə təhsil proqramlarının artması tələbələrin bir illik tədrisdən çox, qısa müddətli təhsili seçməsinin nəticəsidir.  Xaricdə təhsil almaq istəyən amerikalı tələbələrin yarıdan çoxu Avropada təhsilə üstünlük verir. Ancaq bu göstərici əvvəlki illərlə müqayisədə azalıb.  Son illərdə Asiya, Latın Amerikası, Afrika və Yaxın Şərqə marağın artdığı müşahidə edilir. 2001-ci ildən bəri Nyu-York Universiteti xaricə ən çox tələbə göndərən tədris ocağıdır. Universitet Argentina, Çin, Qana və Avropanın bir çox ölkələrində dərslər təklif edir. Bu payızda həmin universitetdən 960-dan çox tələbə xaricə oxumağa gedəcək. Onların ən çoxu – 400-ü İtaliyanın Florensiya şəhərində təhsillərini davam etdirəcək.

Orada əsasən yerli müəllimlər 50-yə yaxın kurs keçir. Ən az tələbə - 26 nəfər isə cəmi 8 kursun təklif olunduğu Almaniyanın Berlin şəhərinə gedir.

Pensilvaniyanın Pitsburq şəhərindən 19 yaşlı Ayla Şermer Nyu York Universitetinin biznes ixtisası üzrə 2-ci kursunda oxuyur. O, yanvarda başlayacaq yaz semestrini xarici ölkədə oxumaq istəyir. Ayla gedəcəyi ölkəni sentyabrda seçməlidir. Aylanın sözlərinə görə, seçəcəyi kurs qiymətdən və yerdən asılı olacaq. Dərslər 8 min dollardan baha olsa da, buraya nəqliyyat və ev daxil deyil.

Kris Nikolussi Nyu-york Universitetində Qlobal Proqramlar İdarəsində tələbə xidmətləri üzrə direktordur. Onun sözlərinə görə, ev qiymətləri proqramdan proqrama dəyişir. Bəzi yerlər yataqxanalar təklif etsə də, digər proqramlarda tələbələr ya yerli ailələrdə ya da ki, kirayə evlərdə qalırlar. Avronun ABŞ dolları ilə müqayisədə güclənməsi Avropanı Argentina kimi yerlərdən daha baha edir. Ancaq Kris Nikolussi deyir ki, Avropa proqramlarında tənəzzül görünmür. Bununla yanaşı, o, tələbələrin universitetin təşkil etdiyi daha ucuz proqramlarla maraqlandıqlarını deyir.

O söyləyir ki, indi  tələbələr xaricə getməmişdən öncə  xərclərinə  necə  nəzarət edəcəklərini bilmək istəyirlər.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir