Amerikanın ali təhsil
ocaqlarında tibb fakültələrinə qəbul olunmaq üçün tələbələr
əvvəlcə bioloqiya və kimya kimi tibblə əlaqədar bir sahədə bakalavr dərəcəsi
almalıdır. Onlar tibbə hazırlıq üçün
xüsusi institutlarda da oxuya bilərlər. Bəzi tələbələr tibb məktəbinə başlamamışdan əvvəl tibb və ya tədqiqat
müəsisələrində bir-iki il işləyirlər.
Amerikanın 120-dən çox üniversiteti həkim olmaq istəyən tələbələrə xüsusi proqramlar üzrə dərslər təklif edir. Tələbələr tibb kolleclərinə
qəbul testlərindən və ya MCAT-dən keçməlidirlər. Amerika Tibb Məktəbləri
Assosiasiyası testləri kompyuter vasitəsi ilə keçirir. Bu testlərdən alınan
qiymət məktəbə qəbulda nəzərdə tutulan amillərdən biridir.
Amerikanın tibb məktəblərinə qəbul olmaq üçün hər il 16 000
yerə 35 000 tələbə müraciət edir. Tibb məktəblərində tələbələr ilk
iki ilin dərslərini əsasən sinifdə
keçir, bədən haqda ümumi məlumatları öyrənirlər. Onlar eləcə də xəstəliklərlə tanış olurlar. Üçüncü il isə
tələbələr proqramı xəstəxanalarda, xəstələrlə davam etdirirlər. Onlar xəstəxanada təcrübəli həkimlərin nəzarətindəki xəstələrin
müalicəsində iştirak edirlər. Dördüncü il tələbələr xüsusi proqramlarda iştirak üçün xəstəxanalara müraciət edirlər. Bu onların gələcəkdə işlə təmin
olmalarına kömək edir. Xəstəxanalarda təlim keçən tələbələr
interna adlanır. Onların təcrubəli
həkimlərdən və professorlardan geniş bilik əldəetmək imkanları olur.
Bəzi həkimlər isə tam və geniş təcrübə əldə
etmək üçün xəstəxalatrda uzun müddət
çalışırlar. Buna misal olaraq beyin
cərahiyəsini yəni beyin əməliyyatlarını göstərmək olar. Buraya beyin, boyun və
kürək daxildir. Həkimlərdən bəziləri
neyro-cərrahlar müstəqil olaraq əməliyyatlar aparmazdan əvvəl
xəstəxanalarda 6 və ya daha çox illər çalışırlar.
Xatirladaq ki, sizdə Amerikada
təhsillə bağlı suallarınızı Amerikanın Səsinə ünvanlaya bilərsiniz.
Suallarınıza cavab axdarıb adınızı,
sualınızı və cavabı efirdə səsləndirəcəyik. Suallarınızı Azerbaijani@VOANEW.com ünvanına göndərə bilərsiniz.