Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

İranda bir qrup Azərbaycan ziyalısı bəyanatla çıxış edib

04/10/2008

Tebriz“Azad Təbriz” xəbər səhifəsinin məlumatına görə,  bir qrup ziyalı İranda son hadisələrlə bağlı birgə etiraz bəyanatı ilə çıxış edib. Yüzlərlə azərbaycanlı fəalın imzaladığı açıq məktubda  İranda azərbaycanlı tələbələr,  jurnalistlər,  yazarlar və insan haqları fəallarına qarşı təqiblər pislənilir. “İran News” və “Azərbaycan700”  veb səhifələrində yayılan məlumata görə, “Azərbaycan700” ünvanlı  birgə bəyanatın müəllifləri, sentyabrın 10-da həbs olunan  9 qələm sahibi, eləcə də təqribən son  üç aydır qeyri-müəyyən şəraitdə saxlanılan  8 azərbaycanlı tələbənin  azadlığa buraxılmasını tələb edirlər.

Bundan başqa, bəyanatda İranın təhlükəsizlik orqanlarının nəzarətində olan təcridxanalar  və həbsxanalarda həyata keçirilən dindirmələr zamanı azərbaycanlı fəalların ağır psixoloji və fiziki işgəncələrə məruz qalması qeyd edilir. Burada Təbriz Ettelaatının təcridxanasında saxlandığı zaman azərbaycanlı hüquqşünas Həmid Valainin vəhşicəsinə döyüldüyü, bir ayağının və bir neçə dişinin sındırıldığı vurğulanır.

700 sözdən ibarət olduğuna görə “Azərbaycan 700” Bəyanatı adlandırılan sənədin  müəllifləri həmçinin, Nadir Məhd Qarabağ, Səməd Paşai, Nahid Babazadə, Əmin İmami və başqa bir neçə  azərbaycanlı tələbənin siyasi fəaliyyətlərinə görə təhsil almaq kimi fundamental hüquqlarından məhrum edilməsinə kəskin etirazlarını bildirirlər.

Sənəddə “2006-cı il Xurdad-May Qiyamı”nın ildönümü, “Ana Dili Günü”, “Məşrutə İnqilabı”, “Babəkin Doğum Günü” və buna bənzər mərasimlərin keçirilməsinə maneəçilik törədilməsi və ümumiyyətlə İran Azərbaycanında dəhşətli polis rejiminin yaradılmasının yolverilməz olduğu da söylənilir. İran Azərbaycanında qəzetlərin və öyrənci-tələbə jurnallarının qapadılması, ictimai-mədəni birliklər və cəmiyyətlərin fəaliyyətinin yasaqlanması və müstəqil  internet səhifələrinin yayımının “filter” edilərək əngəllənməsindən narahatlıq ifadə olunur.

 

Bəyanata imza atanların fikrincə, 2006-cı ildə Azərbaycan şəhərlərində keçirilən kütləvi etirazlar milli-mədəni tələblərin yalnız bir neçə qrup və ya cəmiyyətin deyil, bütövlükdə Azərbaycan millətinin əsas istəyi olduğunu sübüt edib.

Ən sonda, Azərbaycan ziyalıları və fəalları, ölkədəki mövcud problemin zorakılıqla həllinin mümkünsüzlüyünü açıqlayaraq, Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinin və öz milli hüquqları uğrunda dinc mübarizə aparan azərbaycanlılara qarşı həyata keçirilən zorakılıqların dayandırılmasını tələb edirlər.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Ukraynada seçki komissiyası Viktor Yanukoviçin qələbəsini təstiq edib

  Başqa xəbərlər
Hikmət Hacızadə: Senzura yoxdur, tənqidi yazının sonluğu da bəlli deyil    Audio Clip Available
Bakı şəhəri bir neçə saat işıqsız qalıb
İran uranı yüksək səviyyədə zənginləşdirməyə başlayıb
İsrailin xarici işlər naziri Azərbaycanda səfərdədir
Rusiyanın baş generalı ABŞ-ın raket əleyhinə planını ölkəsinə təhlükə kimi qiymətləndirir
Ukrayna seçkiləri Azərbaycanla münasibətlərə təsir etməyəcək  Audio Clip Available
İran məhkəməsi sabiq xarici işlər nazirinin müavinini 6 il həbs cəzasına məhkum edib
İran yeni hava müdafiəsi sistemi quraşdırdığını deyir
İran uranı daha yüksək səviyyədə zənginləşdirəcəyini bildirib
Riçard Holbruk: 'ABŞ Talibanla birbaşa danışıqlar aparmır'
İranda Fərda Radiosu ilə əlaqəli yeddi adam həbs edilib
Ukraynada keçirilən prezident seçkilərinin nəticələri Viktor Yanukoviçin qələbə çaldığını göstərir
Dinləyici məktubları
Dəyirmi Masa: 'Cənubi Qafqaz regionunda təhlükəsizlik və təhdidlər'
Azərbaycanda baş redaktor məhkum edilib