Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Əkbər Azad : “Məni günahsız yerə həbs etdilər...”


14/10/2008

Əkbər Azad
Əkbər Azad
Irandakı Azərbaycan türklərinin tanınmış fəallarından biri Əkbər Azad ötən ay ölkənin paytaxtında bir iftar mərasimində hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Ə.Azad vaxtı ilə Tehranda Azərbaycan türkcəsində çıxan «Varlıq» jurnalının redaksiya heyətinin üzü olub. 2004-cü ildə Babək qalasına yürüşdən sonra 67 gün Təbriz zindanında və Tehranın məşhur Evin həbsxanasında təkadamlıq kamerada saxlanmışdı. Ötən ay isə Ə.Azadla birlikdə daha 10-12 azərbaycanlı həbs olunub. Bu günlərdə məhkəmə  tərəfindən zaminə buraxılmış Ə.Azad başına gələnləri "Amerikanın səsi"nın əməkdaşı Ələkbər Raufoğluna nəql edib. Müsahibəni təqdim edirik:
Sual: Sizi nə üçün həbs etmişdilər?
Cavab: Bizi Ramazan ayında həbs etdilər. Dostlar ailələri ilə birlikdə bizi öz evlərində iftar qonaqlığına dəvət etmişdilər. Amma mərasim başlamamışdan əvvəl mühafizə qüvvələri evə soxularaq, heç yemək yeməyimizə də imkan vermədən bizi yaxaladılar. Ac halda getdik həbsə. İndi hadisənin üzərindən 34 gün keçir. Mən özüm 23-24 gün dustaqda qaldım. Bir nəfərlik kamerada saxlanılırdım. Bizə qarşı müxtəlif ittihamlar irəli sürürdülər ki, guya Azərbaycanı İrandan ayırmaq istəyirik. Amma qətiyyəylə deyirəm ki, dostlarımızın heç birində nəinki belə bir plan, heç belə təfəkkür də yoxdur. Ola bilər, onların hamısı sadəcə Azərbaycan fəallarıdırlar. Və bir sıra bəşəri insani haqlar var ki, hamı kimi biz də onları mütaliə edirik. Amma burada bir qəbahət yoxdur axi. Biz də hamı kimi bütün dünyəvi  haqlara  hörmət bəsləyirik. İstəyirik ki, uşaqlarımız öz ana dillərində təhsil alsınlar, öz ərazimizdə iş olsun. İndi İranın harasına əlini uzatsan, orada azərbaycanlılar işləyirlər. Öz evlərinin yanında, öz rayonlarında iş olmadığına görə, vətənlərində didərgin yaşayırlar. Əsas məsələ budur. Amma bu düçüncə tərzi bizim həbsimiz üçün səbəb olmamalı idi. Axı biz orada heç nə etmirdik, iftara toplaşmışdıq. Orada da heç nədən danışılmırdı. Lap tutaq ki, bir söz danışılsa belə, axı bu adi söz idi. Axı ortada heç bir plan da yox idi. Ancaq nədənsə bizi bu vəziyyətdə yaxaladılar və dostların hamısı da həbs müddətində müxtəlif xəstəliklərə düçar qaldılar. Mədə, ürək xəstəlikləri və sair…
Sual: Sizi həbs edənlər kimlər idi: polis, yoxsa kəşfiyyat işçiləri? Nəyə görə məhz sizin toplaşdığınız mənzilə gəlmişdilər?
Cavab: Onlar Təhlükəsizlik Nazirliyinin işçiləri idi - ETTELAAT-dan gəlmişdilər.
Sual: Bəs necə oldu ki sizi azad etdilər? Sizə qarşı irəli sürülən ittihamlar təsdiqlənmədi, yoxsa istintaq hələ də davam edir?
Cavab:  Hələ istintaq davam edir. Bizi ittiham edirdilər ki, guya təhlükəsizliyi pozmuşuq. İndi də bizi zaminə buraxıblar. Birinci növbədə konkret adamlar bizə zamin durdu. Amma sona dedilər ki, vəsiqə gətirin. "Vəsiqə" deyəndə burada ya adambaşına müəyyən məbləğdə pul, ya da dəyəri İran pulu ilə 50 milyon olan mənzil sənədi nəzərdə tutulur. Bu isə bizdə yoxdur. Ona görə də təxminən sabah - birisi gün hər şey məlim olacaq. Bəlkə yenidən həbsə saldılar bizi.
Sual: Hazırda neçə nəfər yoldaşınız həbsdədir?
Cavab: Bu günə qədər həbsdəki yoldaşlarımızı üç mərhələdə azadlığa buraxıblar. Əvvəlcə qadınlarla uşaqları azad etdilər. Sonra daha üç dostumuzu buraxdılar. Üçüncü mərhələdə məni və digər 3 nəfəri buraxdılar. Hazırda isə daha 5 nəfər həbsdə qalır. Onların arasında mühəndis Həsən Raşidi olduqca ağır vəziyyətdədir. Onun həm ürək xəstəliyi var, həm də astmaya tutulub. Bu yaxınlarda bağlanmış "Dilmanc" jurnalının Əlirza Sərrafi də hələ həbsdədir. Ondan əlavə Səid Muğanlı, Həsən Rəhimli Bayat və Mehdi Nəimi da həbsdədirlər. Mehdi tələbədir və Azərbaycan mədəni mərasimlərində gözəl aparıcılıq edir. Mən bir məsələni vurğulamaq istəyirəm ki, bizim bütün dostlarımız hamısı sülhsevən dinc insanlardırlar. Onlar sadəcə hamı kimi, öz haqlarının qayğısını çəkirlər. İranda 30 milyon Azərbaycan türkü yaşayır.  Öz ana dilimizdə danışmaq və öz mədəniyyətimiz altında yaşamaq bizim əsas haqqımıqdır. Amma bu məsələ bu günün məsələsi deyil. Ona görə də bizi əsassız yerə həbs etdilər. İran azərbaycasnlılarının haqları 100 ildir ki tapdanır, özləri isə döyülürlər. Hələ də bu davam edir…
Sual: Həbsxanada sizinlə necə davranılırdı?
Cavab: Bizim hamımızı tək-tək 6-7 metrlik kameralarda saxlayırdılar. Demək olar ki, hamımızı 10-12 dəfə istintaqa çağırıblar. Mənim özümü 11 dəfə istintaq etdilər. Və bir sıra ittihamlar irəli sürdülər. Deyirdilər ki guya  təhlükəsizliyi pozmuşuq. Daha sonra 10-15 il bundan qabaqkı hansısa hadisədən bəhs etdilər ki, belə bir şey də bizim yadımıza düşmürdü. Bizə daha çox psixoloji təzyiq edirdilər. Arada dostların ikisini sıxma-boğmaya salırdılar. Amma döymə yox idi.
Sual:  Daha əvvəl İranda belə bir hal olubmu ki, iftar mərasimində, yaxud da adi bir qonaqlıqda toplaşanlar həbs edilsin? Yəni bu ölkədə yığıncaqlarla bağlı hansısa qadağa varmı?
Cavab: Bu gün İran Azərbaycanında vəziyyət belədir ki, ictimai təşkilatların hamısı bağlanıb. Biz isə çoxdan idi ki, qeyri-siyasi bir təşkilat yaratmağı arzu edirdik. 9-10 ay öncə bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Açmaq istədiyimiz qeyri-hökümət təşkilatının adını da artıq müəyyənləşdirmişdik. Dil və mədəniyyət ocağı – yəni qısaca olaraq DEMO. Bu, 9 ayda ərzində bizə heç bir cavab verilmədi. Amma görünür, günahlarımızın biri budur ki, biz belə bir təşkilat yaratmaq istəmişik. Mən onun təsisçilərindən biri olmalı idim. Digər həmtəsisçi isə Həsən Raşidi olmalı idi ki, o da indi həbsdədir. Dünən ailəsi ona həbsxanada baş çəkib. Deyilənə görə, vəziyyəti ağırdır, danışa bilmir. Amma yenə də deyirəm ki, bu məsələnin Tehrandakı iftar qonaqlığı ilə heç bir əlaqəsi yox idi. Əgər bizim bir yerə toplaşmağımızı istəmirdilərsə, gəlib qapının ağzında deyərdilər ki, bura yığışmayın, qonaqlıq olmasın. Daha belə bir hadisəni gərək yaratmayaydılar...

 

 

 

 

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Ukraynalılar Viktor Yanukoviçin qələbəsini qəbul edib-etmədiyini Yuliya Timoşenkonun özündən eşitmək istəyirlər

  Başqa xəbərlər
Hikmət Hacızadə: Senzura yoxdur, tənqidi yazının sonluğu da bəlli deyil    Audio Clip Available
Bakı şəhəri bir neçə saat işıqsız qalıb
İran uranı yüksək səviyyədə zənginləşdirməyə başlayıb
İsrailin xarici işlər naziri Azərbaycanda səfərdədir
Rusiyanın baş generalı ABŞ-ın raket əleyhinə planını ölkəsinə təhlükə kimi qiymətləndirir
Birləşmiş Ştatların paytaxtında ikinci çovğun gözlənilir
NATO Helmənd vilayətinin sakinlərini hərbi əməliyyatlara müdaxilə etməməyə çağırır
Sudan və Çad düşmənçiliyə son qoymaq barədə razılığa gəlib
BMT-nin xüsusi nümayəndəsi Şimali Koreyadadır
Əl-Qaidə ABŞ-ın maraqlarına qarşı hücumlarla hədələyir
Pakistan polisi mehmanxanaya hücum planının üstünü açıb
Ukrayna seçkiləri Azərbaycanla münasibətlərə təsir etməyəcək  Audio Clip Available
İran məhkəməsi sabiq xarici işlər nazirinin müavinini 6 il həbs cəzasına məhkum edib
İran yeni hava müdafiəsi sistemi quraşdırdığını deyir
NATO Əfqanıstanın Helmənd vilayətində genişmiqyaslı əməliyyatlara hazırlaşır
İran uranı daha yüksək səviyyədə zənginləşdirəcəyini bildirib
Riçard Holbruk: 'ABŞ Talibanla birbaşa danışıqlar aparmır'
ABŞ maliyyə naziri iqtisadiyyat barədə nikbindir
İraq şiələri Bəs rejiminə qarşı nümayişlər keçirib
Nepalda vitse-prezident vəzifəsinə bərpa olundu
Ukraynada prezident seçkiləri keçirilir
İranda Fərda Radiosu ilə əlaqəli yeddi adam həbs edilib
Ukraynada keçirilən prezident seçkilərinin nəticələri Viktor Yanukoviçin qələbə çaldığını göstərir
Mahmud Əhmədinejad uranın yüksək səviyyədə zənginləşdirilməsinə göstəriş verib
ABŞ-ın şimal-şərq bölgələrini qar tufanları bürüyüb
Robert Geyts: İran beynəlxalq ictimaiyyətin təkliflərini qəbul etməkdə ciddirsə, bunu tez zamanda nümayiş etdirməlidir
İran yeni iki raketin istehsalına başlandığını elan edib
İraq militantları itkin düşmüş amerikalının göstərildiyi videonu nümayiş etdirib
Əfqanıstanın sərhəd polisi səhv olaraq 7 mülki vətəndaşı güllə ilə vurub öldürüb
Şimali Koreya missioneri azad buraxacaq
Kəraçidə iki partlayış onlarla adam öldürüb
Rumıniyada anti-raket sistemi yerləşdiriləcək
ABŞ-da işsizlik 9.7 faizə düşüb
Dinləyici məktubları
Şimali İrlandiyada mühüm razılıq əldə olunub
Almaniya - Azərbaycan əməkdaşlığı müzakirə edilib
Dəyirmi Masa: 'Cənubi Qafqaz regionunda təhlükəsizlik və təhdidlər'
Azərbaycanda baş redaktor məhkum edilib