Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Bakıda Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi açılıb  


11/11/2008
Tapdıq Fərhadoğlunun “Azərbaycanın telekommunikasiya informasiya texnologiyaları” reportajı - Yükləmək (MP3) audio clip
Tapdıq Fərhadoğlunun “Azərbaycanın telekommunikasiya informasiya texnologiyaları” reportajı -  - (MP3) audio clip

Bakıda “Bakutel 2008” 14-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi açılıb. Sərgidə  dünyanın 21 ölkəsindən 100-dən çox şirkət iştirak edir.
Baku

Ekspozisiyalarda telekommunikasiya və şəbəkələr, geniş zolaqlı rabitə və texnologiyalar, simli və simsiz rabitə, peyk əlaqəsi və texnologiyalar, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, elektron biznes və elektron hökumət mövzularına dair məhsullar və xidmətlər təqdim olunub. Sərginin açılış mərasimində prezident İlham Əliyev iştirak edib. O bu tipli tədbirlərin ölkədə qeyri-neft sektorunun inkişafında böyük rol oynadığını vurğulayıb. Dövlət başçısının dediyinə görə,  Azərbaycan iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrindən biri də İnformasiya Kommunikasiya Texnologiyaları sahəsidir. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov sərginin Bakıda keçirilməsinin əsas səbəbinin regionda, xüsusən Azərbaycanda  informasiya texnologiyalarının sürətli inkişafı olduğunu bildirib. Onun sözlərinə görə, Davos İqtisadi Forumunun “Texnoloji inkişaf” hesabatına əsasən, hazırda Azərbaycan bu sahədə inkişaf sürətinə görə MDB məkanında birinci, dünyada isə 127 ölkə arasında 67-ci yeri tutur. Nazirin fikrincə, sərgini fərqləndirən əsas cəhətlərdən biri peyk rabitəsi sektoruna marağın artmasıdır. Hazırda Azərbaycan kosmik sənayenin formalaşması mərhələsindədir. Orbitə milli telekommunikasiya peyklərinin buraxılması planlaşdırılır ki, bu da ölkədə yüksək texnologiyaların geniş tətbiqinə təkan verəcək. Cənab Abbasov dünyada informasiya texnologiyaları sahəsində ciddi canlanmanın müşahidə edildiyini də diqqətə çatdırıb. O regional elektron bazarın yaranmasında sərginin mühüm rolunu qeyd edib. Nazirin fikrincə, regional elektron bazarın yaranması dünyada rəqabət mühitini  yaxşılaşdırar, qiymətlərə təsir edər.  Sərgidə “Microsoft” şirkətinin pavilyonunda  ilk dəfə olaraq “Windows XP” proqramının Azərbaycan dilində olan variantı nümayiş etdirilib. Bildirilib ki, şirkət Azərbaycanın rabitə və informasiya texnologiyaları, təhsil nazirlikləri ilə birgə daha bir neçə layihə üzərində işləyir.
Bakıda eyni zamanda sərgi çərçivəsində regional nazirlərin “Transmilli Avrasiya İnformasiya Supermagistralı”  mövzusunda konfransı keçirilib.  Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycan Şərq-Qərb super informasiya magistralı yaradılması layihəsinin həyata keçirilməsi təşəbbüsünü irəli sürür. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi region ölkələrini ucuz və keyfiyyətli İnternetlə təmin etməyə imkan verəcək, yüksək texnologiyaların inkişafına, regional elektron bazarın yaradılmasına şərait yaradacaq. Konfrans iştirakçıları olan dövlətlər  və təşkilatlar - Türkiyə, ABŞ, Estoniya, Litva, Hindistan, Sloveniya, İordaniya, Rusiya, Gürcüstan, Moldova, Qazaxıstan, Əfqanıstan, Türkmənistan, İran, Ukrayna, Malayziya, Misir, Belorus, UNDESA (United Nations - Department of Economic and Social Affairs), TAE (Trans-Asia-Europe layihəsi), RRB (United States Railroad Retirement Board) nümayəndələri) layihəyə siyasi dəstək, İnternetin qiyməti və digər məsələləri müzakirə edib. Yekunda Transmilli Avrasiya İnformasiya Supermagistralı haqda Bakı Bəyannaməsi qəbul edilib.
Sənəddə görüş iştirakçıları yüksək səviyyəli səhiyyə, sosial-iqtisadi inkişaf və demokratiyanın təmin edilməsi məqsədilə qlobal informasiya infrastrukturlarının yaradılması zərurətini təsdiq edib, cəmiyyətdə kompüter savadı, rabitə, kompüter texnikası, elektronika və media olmadığına görə informasiya əldə etmək imkanı sahəsində bərabərsizliyə qarşı fəal addımlar atmaq zərurətini vurğulayıb.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Ukraynalılar Viktor Yanukoviçin qələbəsini qəbul edib-etmədiyini Yuliya Timoşenkonun özündən eşitmək istəyirlər

  Başqa xəbərlər
Hikmət Hacızadə: Senzura yoxdur, tənqidi yazının sonluğu da bəlli deyil    Audio Clip Available
Bakı şəhəri bir neçə saat işıqsız qalıb
İran uranı yüksək səviyyədə zənginləşdirməyə başlayıb
İsrailin xarici işlər naziri Azərbaycanda səfərdədir
Rusiyanın baş generalı ABŞ-ın raket əleyhinə planını ölkəsinə təhlükə kimi qiymətləndirir
Birləşmiş Ştatların paytaxtında ikinci çovğun gözlənilir
NATO Helmənd vilayətinin sakinlərini hərbi əməliyyatlara müdaxilə etməməyə çağırır
Sudan və Çad düşmənçiliyə son qoymaq barədə razılığa gəlib
BMT-nin xüsusi nümayəndəsi Şimali Koreyadadır
Əl-Qaidə ABŞ-ın maraqlarına qarşı hücumlarla hədələyir
Pakistan polisi mehmanxanaya hücum planının üstünü açıb
Ukrayna seçkiləri Azərbaycanla münasibətlərə təsir etməyəcək  Audio Clip Available
İran məhkəməsi sabiq xarici işlər nazirinin müavinini 6 il həbs cəzasına məhkum edib
İran yeni hava müdafiəsi sistemi quraşdırdığını deyir
NATO Əfqanıstanın Helmənd vilayətində genişmiqyaslı əməliyyatlara hazırlaşır
İran uranı daha yüksək səviyyədə zənginləşdirəcəyini bildirib
Riçard Holbruk: 'ABŞ Talibanla birbaşa danışıqlar aparmır'
ABŞ maliyyə naziri iqtisadiyyat barədə nikbindir
İraq şiələri Bəs rejiminə qarşı nümayişlər keçirib
Nepalda vitse-prezident vəzifəsinə bərpa olundu
Ukraynada prezident seçkiləri keçirilir
İranda Fərda Radiosu ilə əlaqəli yeddi adam həbs edilib
Ukraynada keçirilən prezident seçkilərinin nəticələri Viktor Yanukoviçin qələbə çaldığını göstərir
Mahmud Əhmədinejad uranın yüksək səviyyədə zənginləşdirilməsinə göstəriş verib
ABŞ-ın şimal-şərq bölgələrini qar tufanları bürüyüb
Robert Geyts: İran beynəlxalq ictimaiyyətin təkliflərini qəbul etməkdə ciddirsə, bunu tez zamanda nümayiş etdirməlidir
İran yeni iki raketin istehsalına başlandığını elan edib
İraq militantları itkin düşmüş amerikalının göstərildiyi videonu nümayiş etdirib
Əfqanıstanın sərhəd polisi səhv olaraq 7 mülki vətəndaşı güllə ilə vurub öldürüb
Şimali Koreya missioneri azad buraxacaq
Kəraçidə iki partlayış onlarla adam öldürüb
Rumıniyada anti-raket sistemi yerləşdiriləcək
ABŞ-da işsizlik 9.7 faizə düşüb
Dinləyici məktubları
Şimali İrlandiyada mühüm razılıq əldə olunub
Almaniya - Azərbaycan əməkdaşlığı müzakirə edilib
Dəyirmi Masa: 'Cənubi Qafqaz regionunda təhlükəsizlik və təhdidlər'
Azərbaycanda baş redaktor məhkum edilib