ABŞ
və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə İngilis
dili imtahanlarından keçmək lazımdır.
Bir çox Amerika kollec və universitetləri iki testdən
birini və ya hər ikisinin nəticələrini qəbul edir. Bu imtahanlardan biri “İngilis
dili xarici dil qismində” mənasını verən TOEFL-dur. Digəri isə “Beynəlxalq
İngilis dili İmtahanı sistemi” anlamına gələn IETLS-dir . TOEFL imtahanları
dünyanın80 ölkəsində keçirilir. IETLS
testləri isə daha çox 121 ölkədə təşkil edilir. Bu imtahanların hər ikisini
Azərbaycanda da vermək olar. ABŞ Təhsil İmtahan Xidmətinin sözçüsü Tom Evinq
deyir ki, hər il təxminən bir milyon insan TOEFL imtahanı verir. IELTS-in
icraçı direktoru Beril Meyronun sözlərinə görə, bu imtahanda da iştirakçıların
sayı eyni olur. Xanım Meyron deyir ki, hazırda ABŞ-da 2 mindən çox universitet
və kollec IETLS imtahanını qəbul edir. Ali təhsil ocaqları bu imtahanları
bakalavr, Magist və ya hər iki dərəcə üçün istəyə bilər.
IETLS yazılı imtahandır. Toefl isə əksinə yalnız
computer əsaslı imtahana şərait olmadığı təqdirdə yazılı əsaslarla təşkil
edilir. ABŞ-da TOEFL testinin qiyməti 150 dollardır. Bu imtahanda ingilis
dilində oxu, qulaq asma, danışıq və yazı qabiliyyəti yoxlanılır. İmtahanın
computer versiyası TOEFL IBT yəni İnternet əsaslı test adlanır. İmtahan
qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200ABŞ dollar arasında olur. TOEFL-da olduğu
kimi IELTS-də də 4 qabiliyyət sınağa çəkilir: Oxu, yazı, danışıq və dinləmə.
Ancaq IELTS-də danışıq testi üzbəüz müsahibə formatında keçirilir. İmtahan
verən şəxs ESOL-dan qeydiyyatdan keçən müəllimlə danışır. ESOL “Başqa dildə
danışanlar üçün İngilis dili” adlı qurumdur. Hər kəs eyni danışıq və dinləmə testindən
keçir. Ancaq yazı və oxu üçün iki seçim var: Akademik və ya ixtisaslaşmış. Bu
imtahanın qiyməti ölkədən ölkəyə fərqlənir. Ancaq Beril Mayron deyir ki, orta
hesabla imtahan 160 dollardır. Sonda nəzərinizə çatdıraq ki, IELTS.org və
Toefl.org saytlarından müvafiq imtahanlarla bağlı ətraflı məlumat əldə edə
bilərsiniz.