VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
ABŞ universitetlərində təhsil haqqı

26/01/2009
In some programs successful students can tutor their peers who have not been successful and they can get moneyHazırda yalnız hökumətlər büdcəsindən narahat deyil. Maliyyə böhranı bir çox ailəyə və onların kolleclərə börclarını ödəməsinə təsir göstərib. Bugünkü təhsil proqramımızda ABŞ-da xarici tələbələrin ali məktəblərdə təhsil pulundan söhbət açacağıq. Məktəblərdə qiymətlər fərqlidir, ancaq dövlət kollecləri və universitetlər özəl ali təhsil ocaqlarına nisbətən daha ucuz olur. ABŞ-ın qərb sahilində böyük bir dövlət universitetinə nəzər salaq. Boulderdəki Kolorado Universitetində bu il 80-dən çox ölkəni təmsil edən 1200 xarici tələbə oxuyur.
Tina Tan beynəlxalq tələbələr üzrə xidmətin direktorudur. Onun sözlərinə görə, xarici tələbələr bu tədris ili üçün $4,200 ödəyir. Universitet gələn il üçün təhsil haqqının 400 dollar qalxacağını bildirib. Universitet xarici tələbələrə maliyyə yardımı təklif etmir. Bu, Amerikada əsasən bakalavr dərəcəsində həqiqəti əks etdirir. Federal və ya dövlət maliyyə yardımı yalnız Amerika vətəndaşlarına şamil oluna bilər.
Bununla yanaşı, Kolorado Universiteti xarici tələbələrə bəzi yardımlar təklif edir. Misal üçün, universitet 4 il ərzində tələbələrin təhsil haqqının dəyişməyəcəyinə təminat verir. Təhsil ocağı habelə hər il qeyri-adi bacarığa və qabiliyyətə malik 4 xarici tələbəyə təqaüd ayırır.
Tina Tanın sözlərinə görə, federal hökumət tələb edir ki, xarici tələbələr oxuyacaqları ilk tədris ilinin pulunu necə ödəyəcəklərini müraciət ərizəsində göstərsinlər.  Bəzi kolleclər isə əcnəbi tələbələrdən 4 illik təhsil haqqını necə ödəyəcəkləri barədə məlumat tələb edir.  Təhsil üzrə məsləhətçilər deyir ki, bundan başqa qeyri-amerikalı tələbələrin bank hesablarında ən azı iki aylıq xərclərini ödəyə biləcək qədər pulu olmalıdır. Xərclər deyərkən buraya təhsil haqqından başqa yaşayış, yemək, kitablar və ictimai fəaliyyətlər daxil olmaqla bir çox başqa sahələr daxildir. ABŞ-da immiqrasiya qaydaları xarici tələbələrə Amerikada işləməyə icazə vermir.

E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub

  Başqa xəbərlər
Jurnalistləri Müdafiyə Komitəsi: Eynulla Fətullayev susdurulana qədər jurnalist vəzifəsini çox yaxşı  yerinə yetirdi
İran prezidenti Təbrizə səfəri zamanı azərbaycanlıların mədəni tələbləri məsələsinə toxunmadı
Dəyirmi Masa: Azərbaycanda internet və blogerlər
Viktor Yuşçenko: Rusiya ilə qaza dair müqavilə dəyişməlidir
İranda daha üç jurnalist həbs edilib
Barak Obamanın Seul səfəri zamanı İranın nüvə problemi də toxunulmaz qalmayıb
Qırğızıstan Memorial qrupunda çalışan insan hüquqları fəalını ölkədən çıxarıb
Cənubi Osetiya rəsmiləri həbs edilmiş gürcü yeniyetmələri saxlamağa davam edir
İƏİT dünyanın ən zəngin iqtisadiyyatlarının 2010-cu ildə daha sürətlə artacağını bildirib
Xaricdə təhsil alan tələbələrin sayı artır (video və audio)  Audio Clip Available  Video clip available
Əli Rıza Fərşi ilə müsahibə (audio)  Audio Clip Available
Təbrizli  fəal  və həyat yoldaşına bir il həbs cəzası verilib
Harayın qonağı Cəmil Həsənli: İranda insanlara dil haqqı verilməməsindən narahatıq
Azərbaycan korrupsiyada 180 ölkə arasında 143-cüdür 
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available