VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Xarici tələbələrin Amerikada işləmək hüququ

30/01/2009
Beynəlxalq tələbələrə oxuduqları universitet və ya kolleclərdə işləməyə icazə verilir. Ancaq bu iş universitetin  tələbələrinə  birbaşa xidmətlə bağlı olmalıdır. Misal üçün o, kitabxanada çalışa bilər. Ancaq universitetin bina inşasında çalışmaq kimi işlər qadağandır. Bundan əlavə xarici tələbələr iş yerində Amerika vətəndaşının yerinə keçə bilməz. Amerikalı olmayan tələbələr dərslərə qatılmaqla yanaşı, həftə ərzində 24 saat işləyə bilər. Tətil vaxtları isə bu müddət artırıla bilər.  Onlar təhsillərini sona çatdırana kimi çalışmaq hüququna malikdirlər. Xarici tələbələr oxuduqları təhsil ocağı ilə əlaqəsi olmayan işlərə cəlb oluna bilməz. Ancaq tələbələr qəflətən özlərinin nəzarətindən çıxan vəziyyətlə üzləşəndə hökumətin onlara çalışmağa icazə verməsi mümkündür. Misal kimi yüksək müalicə xərclərini, tələbəyə  maliyyə yardımı  ilə bağlı problemləri və  onun  təhsilini maliyyələşdirən mənbədə gözlənilməz dəyişiklik baş verməsini göstərmək olar. Tələbələr habelə başqa şərtlərlə də qarşılaşır. Onlar  işləməyə başlamamışdan əvvəl ən azı bir il Amerika universitetində təhsil almalıdırlar. Tələbələr təhsildənkənar işlə məşğul olmaq üçün hər il yenidən müraciət etməlidirlər.
 Magistr və başqa yuxarı dərəcələrdə  oxuyan tələbələr isə hələ Amerikaya gəlməmişdən öncə iş üçün müraciət edə bilər. Universitetdə dərs  demək  və ya tədqiqatçı yardımçısı kimi işlər buna yaxşı misaldır. Bəzi məktəblər yardımçılara pul verir. Bəziləri bunun qarşılığında pulsuz təhsil təklif edir. Çoxları isə hər iki seçimə şərait yaradır.
Magistr dərəcəsində olan tələbələr dərs keçə, imtahan ala, müəllimə assisentlik edə və ofisdə çalışa bilər. Hazırda çoxlu universitet xarici magistr tələbələrinin ingilis dilini inkişaf etdirməsi üçün onlara dil treyninqləri keçir. Bəzi məktəblər isə bu tələbələrin  dərs deməyə başlamasından  öncə onların İngilis dilində danışıq qabiliyyətindən imtahan verməyini tələb edir.  Amerikada rəsmi icasəzi olmadan işləyən tələbələr isə deportasiya edilə bilər. Ali təhsil ocağının Beynəlxalq Tələbələr Ofisi tələbələr barədə Daxili Təhlükəsizlik Nazirliyinə məlumat verir. Viza şərtlərini pozanlar, misal üçün icazəsiz kapusdan kənarda çalışan tələbələr gəldikləri ölkəyə geri göndərilə bilər.

E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub

  Başqa xəbərlər
Jurnalistləri Müdafiyə Komitəsi: Eynulla Fətullayev susdurulana qədər jurnalist vəzifəsini çox yaxşı  yerinə yetirdi
İran prezidenti Təbrizə səfəri zamanı azərbaycanlıların mədəni tələbləri məsələsinə toxunmadı
Dəyirmi Masa: Azərbaycanda internet və blogerlər
Viktor Yuşçenko: Rusiya ilə qaza dair müqavilə dəyişməlidir
İranda daha üç jurnalist həbs edilib
Barak Obamanın Seul səfəri zamanı İranın nüvə problemi də toxunulmaz qalmayıb
Qırğızıstan Memorial qrupunda çalışan insan hüquqları fəalını ölkədən çıxarıb
Cənubi Osetiya rəsmiləri həbs edilmiş gürcü yeniyetmələri saxlamağa davam edir
İƏİT dünyanın ən zəngin iqtisadiyyatlarının 2010-cu ildə daha sürətlə artacağını bildirib
Xaricdə təhsil alan tələbələrin sayı artır (video və audio)  Audio Clip Available  Video clip available
Əli Rıza Fərşi ilə müsahibə (audio)  Audio Clip Available
Təbrizli  fəal  və həyat yoldaşına bir il həbs cəzası verilib
Harayın qonağı Cəmil Həsənli: İranda insanlara dil haqqı verilməməsindən narahatıq
Azərbaycan korrupsiyada 180 ölkə arasında 143-cüdür 
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available