VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Təbrizli vəkilin məhkəməsi təxirə salınıb

05/02/2009
[insert caption here]Təbrizdəki mənbələrin verdiyi məlumata görə, fevralın əvvəlində azərbaycanlı fəallar  Həmid Valai və Qulam Nəcəfi Təbrizin İslam İnqılab Məhkəməsinin 2-ci şöbəsində hakim qarşısına çıxarılıb. Məhkəmə prosesinin başlanğıcında hakim azərbaycanlı fəalların rəsmi olaraq “Dövlətçiliyə qarşı təbliğat”da ittiham olunduğunu nəzərə çatdırıb. İttihamçı tərəf olan Ettelaat idarəsi azərbaycanlı fəallar tərəfindən hazırlanaraq, nəşr edilən “Günəş” jurnalının “Azərbaycanda may üsyanları” ilə bağlı özəl sayını sübut olaraq təqdim edib. Təhlükəsizlik orqanları həm də bu jurnalın qanunsuz olaraq nəşr edildiyini iddia edib. Azərbaycanlı fəallar isə “Günəş” jurnalının rəsmi icazə ilə nəşr olunduğunu  bildirib və bunu təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim etməyə cəhd göstəriblər, amma hakim “Jurnalın nəşri qanuna uğun olsaydı yəqin ki, Ettelaat müdaxilə etməzdi!” deyə cəvab verib. Cənab Nəcəfi və Valai bütün fəaliyyətlərinin mövcud qanunlar çərçivəsində baş verdiyini və onlara qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu bildiriblər. Cənab Valai  həm də, Təbriz Ettelaatında saxlandığı müddətdə ona ağır işgəncələr verilməsi ilə bağlı məsələyə baxılmasını tələb edib. Amma hakim “Sizin  Ettelaatda işgəncə olunmağınızın bu məhkəməyə aidiyyəti yoxdur!” deyə onun vəsatətini rədd edib. Məhkəmə hər-hansı qərar qəbul olunmadan təxirə salınıb.  Həmid Valai hüquq təhsili alsa da İran Ettelaatı onun bir vəkil kimi fəaliyyətinə mane olur. Keçən il  Ettelaat əməkdaşları tərəfindən həbs olunan cənab Valainin saxlandığı qapalı təcridxanada ağır işgəncələrə məruz qaldığı, bir ayağı və bir neçə dişinin sındırıldığı barədə məlumatlar yayılmışdı. O, bununla bağlı İranın Ali Məhkəməsinin sədrinə dəfələrlə müraciət etsə də, indiyənədək onun bu müraciətlərinə məhəl qoyulmayıb.

E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Dəyirmi masa: ‘Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi’

  Başqa xəbərlər
Bu gün ABŞ-da Şükran bayramı qeyd edilir
Mumbayda həyata keçirilən terror hücumlarının ildönümü qeyd edilib
Illik Həcc ziyarəti güclü yağışlar və daşqınlarla müşayiət edilir
Qurban bayramı ərəfəsində İraqda bomba hücumları artıb
ABŞ-ın kəşfiyyat xidməti  təhlkükəsizlik prosedurlarını bir daha nəzərdən keçirir
Roman Polanskinin ailəsi İsveçrə rəsmilərinin qərarını alqışlayıb
ABŞ prezidenti dünya müsəlmanlarını Həcc ziyarəti münasibəti ilə təbrik edib
Barak Obama Əfqanıstanla bağlı yeni strategiyasını gələn həftə açıqlayacaq
Təbrizdə iki tələbə tutuldu, üç tələbə mühakimə olundu
Harayın qonağı Fazil Mustafa: İranda tətbiq olunan prinsiplər müasir dünyanın tələblərinə uyğun gəlmir
Azərbaycanda məişət zorakılığı ATƏT-in diqqətindədir  Audio Clip Available
Ombudsman Apelyasiya məhkəməsinin blogerlərin  işində dönüş yaradacağına ümid edir
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available