VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Obamanın səfəri Türkiyədə anti-Amerikanizmi azalda bilər

04/04/2009
Historic Galata Tower with flags of political parties, in Istanbul, 19 Jul 2007  Bazar günü ABŞ prezidenti Barak Obama Türkiyəyə ikigünlük səfərə başlayacaq.  ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra iki ölkə arasındakı dostluq münasibətlərində sarsıntı əmələ gəlib.  Lakin Türkiyənin regionda İran, İraq və Əfqanıstanla yaxınlığı onun rolunu Amerikanın mühüm müttəfiqi olaraq saxlayır.

Barak Obamanın Türkiyəyə səfərinin mühümlüyünü artıran faktorlardan birid də ABŞ-ın İraqı zəbt etməsindən sonra Türkiyədə baş qaldıran anti-Amerika sentimentləridir.  Ötən ilki rəy sorğuları göstərir ki, Türkiyədə mövcud olan anti-Amerikanizm son dərəcə yüksək bir həddə çatıb.

Gündəlik “Taraf” qəzetinin redaktor müavini Yasmin Conqar deyir ki, Obamanın Türkiyəyə səfəri bu antipatiyanı aradan qaldırmağa kömək edə bilər.  Onun sözlərinə görə bu, ABŞ-ın həm dost həm də düşmənlərlə dialoq qurmağa hazırlığını nümayiş etdirəcək.  Belə ki, Türkiyəni bürüyən qatı anti-Amerikanizm türk hökumətini Vaşinqtonla danışıqlarda iflic vəziyyətinə sala bilər.  
Rəy sorğular göstərir ki, əksər türklər Barak Obamaya rəğbət bəsləyir.  Onun İrana Novruz mesajı türk mediası tərəfindən məmnunluqla qarşılanıb.   İstanbul küçələrində biri Obamanın Türkiyəyə səfərini alqışlayır.   Başqa birisi  Obamanın prezident Buşdan daha yaxşı olduğunu qeyd etsə də ABŞ-ın Türkiyədən Əfqanıstana əlavə qüvvə göndərmək xahişindən narahatdır.

Türkiyənin hazırda Əfqanıstan paytaxtı Kabildə 900 qeyri-döyüş əsgəri xidmət göstərir.  Lakin Vaşinqton başqa NATO müttəfiqləri ilə bərabər Ankaraya Əfqanıstana əlavə qüvvə göndərmək üçün təzyiq göstərir.  Başqa bir ixtilaf nöqtəsi isə ABŞ Konqresində 1915-ci ildə osmanl qüvvələri tərədinən erməni azlığın qətlə yetirilməsinin genosid adlandırılmasına yönəlmiş səylərdir.  Ankara bu iddianı rədd edərək qətllərın vətəndaş müharibəsi zəminində baş verdiyini deyir.  Cənab Obama seçki kampaniyası zamanı qətlləri genosid kimi tanıyacağını söyləmişdi.  Dolaşan xəbərlərə görə Ankara Ermənistanla sərhədləri açmaq niyyətindədir və bu niyyət Obamanın Türkiyəyə səfəri əsnasında açıqlana bilər.  Lakin cənab Obama 1915-ci il hadisələrini soyqırım kimi tanısa təhlilçilər bu səylərin dondurulacağından ehtiyat edirlər.


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Ukraynalılar Viktor Yanukoviçin qələbəsini qəbul edib-etmədiyini Yuliya Timoşenkonun özündən eşitmək istəyirlər

  Başqa xəbərlər
Hikmət Hacızadə: Senzura yoxdur, tənqidi yazının sonluğu da bəlli deyil    Audio Clip Available
Bakı şəhəri bir neçə saat işıqsız qalıb
İran uranı yüksək səviyyədə zənginləşdirməyə başlayıb
İsrailin xarici işlər naziri Azərbaycanda səfərdədir
Rusiyanın baş generalı ABŞ-ın raket əleyhinə planını ölkəsinə təhlükə kimi qiymətləndirir
Birləşmiş Ştatların paytaxtında ikinci çovğun gözlənilir
NATO Helmənd vilayətinin sakinlərini hərbi əməliyyatlara müdaxilə etməməyə çağırır
Sudan və Çad düşmənçiliyə son qoymaq barədə razılığa gəlib
BMT-nin xüsusi nümayəndəsi Şimali Koreyadadır
Əl-Qaidə ABŞ-ın maraqlarına qarşı hücumlarla hədələyir
Pakistan polisi mehmanxanaya hücum planının üstünü açıb
Ukrayna seçkiləri Azərbaycanla münasibətlərə təsir etməyəcək  Audio Clip Available
İran məhkəməsi sabiq xarici işlər nazirinin müavinini 6 il həbs cəzasına məhkum edib
İran yeni hava müdafiəsi sistemi quraşdırdığını deyir
NATO Əfqanıstanın Helmənd vilayətində genişmiqyaslı əməliyyatlara hazırlaşır
İran uranı daha yüksək səviyyədə zənginləşdirəcəyini bildirib
Riçard Holbruk: 'ABŞ Talibanla birbaşa danışıqlar aparmır'
ABŞ maliyyə naziri iqtisadiyyat barədə nikbindir
İraq şiələri Bəs rejiminə qarşı nümayişlər keçirib
Nepalda vitse-prezident vəzifəsinə bərpa olundu
Ukraynada prezident seçkiləri keçirilir
İranda Fərda Radiosu ilə əlaqəli yeddi adam həbs edilib
Ukraynada keçirilən prezident seçkilərinin nəticələri Viktor Yanukoviçin qələbə çaldığını göstərir
Mahmud Əhmədinejad uranın yüksək səviyyədə zənginləşdirilməsinə göstəriş verib
ABŞ-ın şimal-şərq bölgələrini qar tufanları bürüyüb
Robert Geyts: İran beynəlxalq ictimaiyyətin təkliflərini qəbul etməkdə ciddirsə, bunu tez zamanda nümayiş etdirməlidir
İran yeni iki raketin istehsalına başlandığını elan edib
İraq militantları itkin düşmüş amerikalının göstərildiyi videonu nümayiş etdirib
Əfqanıstanın sərhəd polisi səhv olaraq 7 mülki vətəndaşı güllə ilə vurub öldürüb
Şimali Koreya missioneri azad buraxacaq
Kəraçidə iki partlayış onlarla adam öldürüb
Rumıniyada anti-raket sistemi yerləşdiriləcək
ABŞ-da işsizlik 9.7 faizə düşüb
Dinləyici məktubları
Şimali İrlandiyada mühüm razılıq əldə olunub
Almaniya - Azərbaycan əməkdaşlığı müzakirə edilib
Dəyirmi Masa: 'Cənubi Qafqaz regionunda təhlükəsizlik və təhdidlər'
Azərbaycanda baş redaktor məhkum edilib