VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Amerikada tədris metodunu dəyişmə səyləri

12/04/2009

Under the Earn and Learn Program, students study more and do better in school Cey Metyunun yazdığı “Gərgin işlə, Müvəffəq ol” kitabı karyeralarına Texas ştatının Hyuston şəhərində yerli məktəbdə başlayan 2 gənc müəllimin təşəbbüslərindən bəhs edir. Onlar elitar universitetdən yenicə məzun olublar. Hyustonda ibtidai sinifdə tədrisə başlayan bu müəllimlər özlərini təhsil üçün mükafat saysalar da, tezliklə bunu tam əksini görürlər. Dərsdə xaos yaşanır və müəllimlər nə edəcəklərini bilmir.

Müəllif Metyu deyir ki, Deyv Levin və Mayk Faynberq inkişafa nail olmaq üçün üzərilərində çox işləməlidirlər. Onlar magistratura müəllimlərindən dərs götürür və tezliklə daha mənalı tədris sisteminə keçirlər. Müəllimlər şagirdləri dərsdən sonra məktəbdə əlavə olaraq saxlayır, uşaqlar nizam-intizam qaydalarını pozanda valideynlərlə görüşürlər. Və nəhayət 1994-cü ildə onlar öz tədris metodlarının istifadə olunduğu kiçik bir sinif yaradırlar.
Nəticə o qədər heyrətamiz olur ki, sonrakı illərdə onların yanaşması bütün məktəbə yayılır və bu tədris metodu KIPP – “Bilik Güclü proqramdır” adı ilə tanınır. FPRIVATE "TYPE=PICT;ALT=Some educators say the cash incentives can not only motivate students to work harder in school, but also to focus on long-term goals in life"
 

Artırılmış saatlar çox vacibdir. Normal dərs saatları 6 saat yarım olsa da, KIPP-də bu 9 saat çəkir. Burada habelə 3 həftəlik yay dərsləri tələb olunur. Məktəbdə komanda əhval-ruhiyyəsi yaradılır. Burada uşaqlar müəllimlər və valideynlər yer alır.

Some educators say the cash incentives can not only motivate students to work harder in school, but also to focus on long-term goals in life
1995-ci ildən bəri KIPP Texas və başqa ştatlarda təsirli nəticələr verib.
“Gərgin işlə, Müvəffəq ol” kitabının müəllifi Cey Metyu deyir ki, KIPP fonunda yeni proqramlar yaratmaq Amerikanın azgəlirli ailələrin uşaqlarına keyfiyyətli təhsil verə bilər. Ancaq 75 yaşlı veteran müəllim, “Təlimin silahı” kitabının müəllifi Con Teylor Qatto fərqli fikirə malikdir. O, Amerika təhsil sisteminin əsaslı islahata ehtiyacı olduğunu bildirir. Təhsil üzrə ekspert deyir ki, hazırkı təhsil sisteminin əsas aspektlərindən biri test sisteminin dəyişdirilməsidir. Onun fikrincə testlər uşaqları əzbərçiliyə öyrədir. Qatto habelə uşaqlara real dünya fəaliyyətlərində göstəricilərinə görə qiymət verilməsini irəli sürür. Ekspert deyir ki, uşaqlar sinif otağında vaxt keçirməkdənsə, məktəbdən kənar tapşırıqları yerinə yetirməlidir. Qatto yeni və sərt tədris planının uşaqların düşüncələrini sərbəstləşdirdiyini və onların tənqidi düşüncə mübadiləsi aparacağına inanır. 30 illik karyerası ərzində dövlət məktəbində müəllim işləyən Con Teylor Qatto hazırda təhsil islahatlarını tam olaraq dəstəkləyir.


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib

  Başqa xəbərlər
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available