ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, o,
Tanzaniya prezidenti Cakaya Kikveteni Ağ Evdə sabah qəbul edəcək. Ağ Evin açıqladığı
bəyanatda deyilir ki, iki lider Afrikada stabillik və iqtisadi inkişafın yollarını
müzakirə edəcək. Cənab Obama və onun tanzaniyalı həmkarı Səhraaltı Afrikanın
regional problemlərini müzakirə edəcəklər. Bəyanatda habelə deyilir ki, Barak
Obama Tanzaniya dövlət başçısı ilə birgə problemlərin həlli barədə müzakirələr
aparacaq.Buraya qlobal maliyyə böhranı
və onun Afrikaya təsirləri də daxildir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
keçən ay açıqlanan hesabatında deyilir ki, bu il Afrikada iqtisadi artımının 50
faiz azalacağı gözlənilir.