VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
ABŞ-da hərbi təhsil proqramları

05/06/2009
Birləşmiş Ştatlarda hərbi təhsil təklif edən həm dövlət, həm də özəl ali məktəblər var. Ancaq beynəlxalq tələbələr həmçinin ölkənin 5 hərbi akademiyasında da təhsil ala bilər.

Onlardan 3-ü Müdafiə Nazirliyinin nəzdindədir. Nyu-Yorkdakı Vest Point məntəqəsindəki ABŞ Hərbi Akademiyası ordu üçün zabitlər hazırlayır. Hərbi Aviasiya Akademiyası Kolorado ştatının Kolorado Spring şəhərində yerləşir. Merilend ştatının paytaxtı Annapolis şəhərində olan Hərbi Dəniz Akademiyası Hərbi dəniz qüvvələri üçün xidmətçilər yetişdirir.

Bu akademiyalara namizədlər 17-23 yaş arasında, ailəsiz, və uşaqsız olmalıdır. Onların namizədliyi adətən Konqres üzvü tərəfindən irəli sürülür. Beynəlxalq namizədlər isə onların təhsil haqqını ödəyən hökumətləri tərəfindən irəli sürülür.

Tələbə bakalavr dərəcəsi alandan sonra hər bir hökumət hərbi xidmət üçün öz tələblərini qoyur. Amerikada isə qayda beledir ki, bu hərbi məktəbin məzunları ən azı 5 il fəal xidmətdə olmalıdırlar. Müdafiə Nazirliyi hər il 100-dən artıq ölkəni seçir ve onları akademiyalar üçün namizədlər irəli sürməyə dəvət edir.Hər akademiyada 60 xarici tələbə oxuya bilər.

Misal üçün Hərbi Dəniz Akademiyasında növbəti dərslərə 4-ü qadın olmaqla 18 xarici tələbə qatılacaq.  Bu isə akademiyada xarici tələbələrin sayını 53-ə qaldıracaq.

Beynəlxalq proqramlar direktoru Tim Dişerin sözlərinə görə, maraqlananlar hərbi dəniz akademiyasında istədikləri depratamentə daxil olan agentliyə müraciət edə bilər. Bundan əlavə, hər bir akademiyanın tələbləri barədə veb səhifəsində ətraflı məlumat yerləşdirilir.

Beynəlxalq tələbələr Konnektikut ştatının Nyu London şəhərindəki Sahil Mühafizə Akademiyasında və ya Nyu-Yorkda Kinqs Pointdə yerləşən Ticari Dəniz Akademiyasında oxuya bilər. Hazırda Sahil mühafizə akademiyasında 35, Ticari dəniz Akademiyasında isə 30 əcnəbi tələbə təhsil alır.

Bu akademiyalara giriş üçün özəl tələblər var. Sahil mühafizə akademiyası bildirir ki, maraqlananlar öz ölkələrindəki Amerika səfirliyində hərbi attaşeyə müraciət etməlidir.

E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir