Birləşmiş Ştatların Müdafiə Naziri
Robert Geyts İranın may ayında
İsraili, Amerikanın Yaxın Şərqdəki və Avropanın bir hissəsindəki
bazalarını vura biləcək orta mənzilli ballestik raketi sınaqdan keçirdiyini təsdiq
edib.
Robert Geyts əldə olunan məlumatdan
bu sınağın nailliyyətli olduğunu oxuyub:
“Bu raket 2000-dən 2500 kilometrədək məsafəni vura bilər. Mühərriklərdə
mövcud olan bəzi probemlərə
görə biz, heç olmasa sınaqların indiki
mərhələsində həmin raketlərin deyilən mənzilin aşağı pilləsinə çata biləcəyini fikirləşirik”.
Ağ evin sözçüsü Robert Gibbs bildirir ki, prezident
Barak Obama İranın nüvə silahları
və nüvə silahları texnologiası əldə etmə səylərinə görə narahatdır. Cənab
Gibbs deyib ki, prezident Obama bu proqramlarla məşğul olmağın İranın təhlükəsizliyini möhkəmləndirməyəcəyinə,
əksinə zəiflətəcəyinə inanır .
Dövlət Katibi Hillari Klinton
Kongresə verdiyi ifadəsində deyib: "
İranın nüvə silahları və silahları hədəfə çatdıracaq sistemə malik olması Yaxın Şərqdə və daha geniş regionda silah yarışını qızğınlaşdırar.
Bu İranın təhlüksizliyinə xidmət etməyəcək.
Biz inanırıq ki, bu mövqeyimizi dəsdəkləyən güclü amillər var. Eyni
zamanda belə bir nəticənin baş
verməsinin əleyhinə olan ölkələrin sayı artmaqda davam edir. Buna görə də biz
hətta bu regiondan kənardakı ölkələrlə
də bu barədə ciddi müzakirələr aparırıq.
Bizim məqsədimiz İran rejimini başa salmaqdır ki, nüvə silahları proqramına
davam etsə, bunun İranın
təhlükəsizliyinə mənfi təsiri olacaq".
Xanım Klinton deyib ki, "biz İran tərəfdən
bu mühüm məsələdə müzakirələr keçirmək üçün iradə nümayiş etdirilməsini lazım
görə də bilərik, görməyə də bilərik, ancaq hər halda diplomatik
fəaliyyətlərimizini davam etdirəcəyik".