VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Baş məqalə: Azərbaycan və Enerji

13/06/2009
ABŞ-ın  Avrasiya  Enerji Məsələləri üzrə  xüsusi  elçisi  Riçhard Morningstar  deyib ki, heç bir ölkənin  enerji  təhlükəsizliyi başqa bir ölkənin maraqları bahasına təmin olunmamalıdır və hamının bu məsələdə  maraqları eynidir.  Səfir Morningstar cari ayın birində Bakıda  ABŞ Ticarət Palatasında etdiyi çıxışında  bildirib ki, hazırki qlobal maliyyə və iqtisadi vəziyyəti  nəzərə aldıqda eitbarlı bir beynəlxalq enerji təçhizatının mövcudluğu həmişəkindən  daha mühümdür.  Enerji şəbəkələrinin daha geniş səviyyədə  birləşdirilməsi, rəqabət və şəffaflığın artması enerji  təhlükəsizliyinə kömək edəcək, iqtisadi inkişaf və firavanlığın artmasına gətirib çıxaracaq.

Səfir Morningstar Avrasiya enerji  siyasəti barədə isə deyib ki, ABŞ regionda bir neçə məqsədə paralel şəkildə nail olmaq istəyir.  Xüsusi  elçi qeyd edib ki, ABŞ-ın strateqiyası istehsalçı, tranzit və ya istehlakçı statusundan asılı olmayaraq  Avrasiyadakı bütün ölkələrin maraqlarını qorumaqdır. Belə bir strateqiya üçün isə balanslı çox tərəfli yanaşma tərzinə ehtiyac var.

Səfir Morningstar,  regiondakı neft və qazın hasilatı, nəqli və satın alınmasında  şəffaflıq və  qarşılıqlı  hörmətin əhəmiyyətini  vurğulayıb. O xüsusiylə  Nabukko qaz kəməri, Türkiyə- Yunanistan- İtaliya xətdi də daxil olmaqla Cənub  Dəhlizi  ilə  bağlı  məsələlər haqqında deyib ki,  bu layihələrin hansı ardıcıllıqla həyata keçəcəyi isə  ticari məsələdir.  ABŞ  rəsmisi  söylərir ki, iki layihə də müxtəliflik və strateji cəhətdən əhəmmiyyətlidir və onlar təkcə Azerbaycandan yox Türkmənistan və İraqdan da təbii qazın  hasilatı və nəqlinə  kömək edə bilər. O bunu da əlavə edib ki, həmin layihələr məsələnin təkcə bir hissəsini həll edir və Avropanın enerji  təhlükəsizliyi problemini aradan götürə bilməz.

ABŞ Azərbaycan prezidenti  İlham Əliyevin, Avropaya göndəriləcək neft və qaz məsələsində ölkəsinin istehsalçı və tranzit ölkə kimi iştirakında strateji şəkildə düşünməyə  davam  etməsini  dəsdəkləyir.  Azərbaycan eyni zamanda  mühüm  qaz ehtiyatlarının istismarı və bu qazın Avropalı istehlakçılara çatdırılması üçün Türkmənistana  yardım əlini uzatmağa  davam etməlidir. Qazaxistan nefti üçün mühüm tranzit ölkə olan  Azərbaycan bu rolu oynamaqda davam edəcək.  Səfir Morningstar  deyib ki,  gələn beş il ərzində Xəzərin şimalında neft istehsalı  gündə iki milyon barrelə çatacaq ki, bu ixracat imkanlarının artırılmasını vacibləşdirir.  ABŞ ümid edir ki, Azərbaycan bu neftin nəqlində irəli sürdüyü şərtlər cəhətindən etibarlı və şəffaf  tərəfdaş kimi davranmaqda davam edəcək.

Bakıda keçirilən enerji sammitinin bəyannaməsində enerji istehsalçıları, tranzit və istehlakçı ölkələr arasında qarşılıqlı olaraq faydalı əməkdaşlığın  möhkəmləndirilməsi və genişləndirilməsinə, Xəzər hövzəsindən neft və qazın dünya və Avropa  bazarlarına çatdırılmasında marşrutların müxtəlifliyi siyasətinin davam etdirilməsinə səslənilib. Birləşmiş Ştatlar bu çağırışla tam razıdır.

E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available