VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Dağlıq Qarabağ danışıqlarının perspektivləri barədə

22/06/2009

 

ABŞ dövlət katibinin müşaviri və Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bu həftənin cümə günü Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin təkbətək və Misnk qrupunun üzvləri ilə Paris görüşü zamanı iki ölkə prezidentinin iyun ayının 4-də Sankt-Peterburqda keçirdikləri görüşdə  əldə etdikləri nailiyyətlərin dərinləşdiriləcəyinə ümid bəslədiyini deyib. 

Amerikanın səsinə müsahibəsi zamanı cənab Brayza 10-12  baza prinsipi  üzərində  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulan iş cədvəlinin  yekunlaşdırılmasına çalışılacağını deyib. Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza prezident Əliyev və prezident Sarkisyanın bu prinsiplərin bəziləri ilə bağlı razılığa gədiklərini deyib və bu sahədə daha artıq inkişafa nail olunacağına ümid bəslədiyini bəyan edib. O, ilin sonunadək prezidentlərin baza prinsipləri ilə bağlı ortaq məxrəcə gələcəklərinə dair ümidlərin mövcud olduğunu bildirib. Metyu Brayza Azərbaycan və Ermənistanın xarici işlər nazirilərinin Paris görüşünün buna yola aça biləcəyini deyib.

Azərbaycan rəsmilərinin  Türkiyə Ermənistan yaxınlaşmasına,Türkiyə -Ermənistan sərhədlərinin açılmasına Azərbaycan ərazilərinin işğalından daha çox üstünlük verildiyinə dair narahatlıqlarına gəldikdə isə cənab Brayza ABŞ-ın bu iki məsələnin ayrı-ayrılıqda həllini nəzərdə tutduğunu deyib. Mətyu Brayza bildirib  ki, Türkiyə ilə Ermənistanın normal əlaqələrə malik olması və nəhayət sərhədlərin açılması Amerikanın çoxdankı siyasətidir. O, bu nəticələrin hər iki ölkənin də mənafeyinə xidmət edəcəyini, ölkələr arasındakı dərin tarixi yaraların sağalmasına, regional sabitliyə, rifah halının yaxşılaşması və sülhün bərqərar edilməsinə yol açacağını deyib. Metyu Brayza Amerikanın Azərbaycanın narahatlıqlarını dərk etdiyini, lakin məsələnin müxtəlif şəkildə dəyərləndirildiyini bildirib. O, Tükyiə-Ermənistan münasibətlərinin normallaşması ilə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələrdə daha konstruktiv rol oynayacağını bildirib. ABŞ dövlət katibinin müşaviri deyib ki, Ermənistan küncə dirəndikcə müqavimətini artırır.

Biz inanırıq ki, normal münasibətlər Ermənistanın mövqeyini yumşalda bilər. Lakin hazırkı anda sərhədlərin açılması qarşıya məqsəd qoyulmayıb, indi iş cədvəsi, atılacaq addımlar müzakirə mövzusudur-deyə Metyu Brayza bildirib. Sərhədlərin açılması gələcəyin işidir. İndi hansı məsələnin önə çəkilib-çəkilməməsindən danışmağın faydası yoxdur. Məqsəd Dağlıq Qarabağ müzakirələrində mühüm irəliləyiş əldə edilməsidir-deyə o bildirib.


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Ukraynalılar Viktor Yanukoviçin qələbəsini qəbul edib-etmədiyini Yuliya Timoşenkonun özündən eşitmək istəyirlər

  Başqa xəbərlər
Hikmət Hacızadə: Senzura yoxdur, tənqidi yazının sonluğu da bəlli deyil    Audio Clip Available
Bakı şəhəri bir neçə saat işıqsız qalıb
İran uranı yüksək səviyyədə zənginləşdirməyə başlayıb
İsrailin xarici işlər naziri Azərbaycanda səfərdədir
Rusiyanın baş generalı ABŞ-ın raket əleyhinə planını ölkəsinə təhlükə kimi qiymətləndirir
Ukrayna seçkiləri Azərbaycanla münasibətlərə təsir etməyəcək  Audio Clip Available
İran məhkəməsi sabiq xarici işlər nazirinin müavinini 6 il həbs cəzasına məhkum edib
İran yeni hava müdafiəsi sistemi quraşdırdığını deyir
İran uranı daha yüksək səviyyədə zənginləşdirəcəyini bildirib
Riçard Holbruk: 'ABŞ Talibanla birbaşa danışıqlar aparmır'
İranda Fərda Radiosu ilə əlaqəli yeddi adam həbs edilib
Ukraynada keçirilən prezident seçkilərinin nəticələri Viktor Yanukoviçin qələbə çaldığını göstərir
Dinləyici məktubları
Dəyirmi Masa: 'Cənubi Qafqaz regionunda təhlükəsizlik və təhdidlər'
Azərbaycanda baş redaktor məhkum edilib