VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Mir Hüseyn Musəvi: ‘Mahmud Əhmədinejadın prezident seçilməsi qeyri-legitimdir’

01/07/2009

Hundreds of Iranian presidential candidate Mir Hossein Mousavi's supporters attend a protest, in front of the Iranian Consulate, in Dubai, Monday, 15 June 2009İran prezident seçkilərində islahatçı namizəd Mir Hüseyn Musəvi Mahmud Əhmədinejadın yenidən prezident seçilməsini qeyri-legitim adlandıraraq tərəfdarlarını xalqın haqları uğrunda mübarizəni davam etdirməyə səsləyib.

Bu özünün veb səhifəsində yayılan bəyanatda  Musəvi habelə seçkisonrakı nümayişlər zamanı həbs olunanların azadlığa buraxılmasına, mətbuat azadlığına və seçki islahatlarına çağırıb. O təkidlə 12 iyun seçkilərinin saxtalaşdırıldığını bildirib. Bununla yanaşı, Böyük Britaniya səfirliyinin iğtişaşlarda iştirak etdikləri ittihamı ilə  həbsə alınan  doqquz  yerli əməkdaşından  neçəsinin azadlığa buraxılması barədə ziddiyyətli məlumatlar yayılır. İranda dövlət nəzarətində olan Press TV-nin məlumatına görə, səfirliyin bir yerli əməkdaşı hələdə təcridxanadadı r.

Londonda Britaniya baş naziri Qordon Braun İranın  Tehrandakı Britaniya  səfirliyinin  əməkdaşlarının  həbsindən dərin təəssüf hissi keçirdiyini bildirib. O, bunu ədalətsiz addım adlandıraraq deyib ki, Tehranın iranlıların demokratiya çağırışlarına Britaniyanı səbəb göstərməsi qəbuledilməzdir.

Avropa Birliyinin rotasiyalı prezidentliyini icra edən İsveçin baş naziri Fredrik Reinfeldin sözlərinə görə, birlik İranda demokratiya tərəfdarlarını dəstəkləməli, ancaq ölkədə gərginliyə səbəb olmamaq üçün ehtiyatlı davranmalıdır.

 


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Dəyirmi masa: ‘Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi’

  Başqa xəbərlər
Bu gün ABŞ-da Şükran bayramı qeyd edilir
Mumbayda həyata keçirilən terror hücumlarının ildönümü qeyd edilib
Illik Həcc ziyarəti güclü yağışlar və daşqınlarla müşayiət edilir
Qurban bayramı ərəfəsində İraqda bomba hücumları artıb
ABŞ-ın kəşfiyyat xidməti  təhlkükəsizlik prosedurlarını bir daha nəzərdən keçirir
Roman Polanskinin ailəsi İsveçrə rəsmilərinin qərarını alqışlayıb
ABŞ prezidenti dünya müsəlmanlarını Həcc ziyarəti münasibəti ilə təbrik edib
Barak Obama Əfqanıstanla bağlı yeni strategiyasını gələn həftə açıqlayacaq
Təbrizdə iki tələbə tutuldu, üç tələbə mühakimə olundu
Harayın qonağı Fazil Mustafa: İranda tətbiq olunan prinsiplər müasir dünyanın tələblərinə uyğun gəlmir
Azərbaycanda məişət zorakılığı ATƏT-in diqqətindədir  Audio Clip Available
Ombudsman Apelyasiya məhkəməsinin blogerlərin  işində dönüş yaradacağına ümid edir
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available