VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
ABŞ-da tələbələrin işlə təmin olunması çətinləşib

02/07/2009
Jamie Obletz, who is graduating this month from Columbia University's Graduate School of Business, has been offered a job at an investment bank, but he sees many of his classmates struggling. He calls that situation Amerikada may və iyun adətən məzuniyyətayları hesab olunur. Redaksiyamıza dinləyəcilərimizdən birindən daxil olan məktubda soruşulur: Amerikada kollec və ya universiteti bitirən tələbələr necə işlə təmin olunur?  Hazırda bu suala cavab belədir: Çox çətin.

Milli Kollec və İşlətəminetmə Assosiasiyası universitet iş bazarı barədə məlumat toplayır. Assosiasiyanın mart ayında keçirdiyi son sorğu göstərir ki, işlə təmin edən şirkətlərin keçən illə müqayisədə bu il 22 faiz az tələbəni işə götürməsi gözlənilir. Çoxları bu tənəzzülü tənqid edir.

Ən son tələbə sorğusunun nəticəsinə görə, məzuniyyətə qədər iş üçün müraciət edən hər 5 tələbədən yalnız biri iş tapa bilib. Bu isə iki il əvvəlki eyni vaxt kəsiyi ilə müqayisədə iki dəfə azdır. Ancaq bir fərq var ki, bu il daha az tələbə özünə iş axtarmağa çalışıb.

Assossiasiya təhsilini davam etdirmək fikri olan tələbələrin cüzi miqdarda artdığını aşkar edib. Bu il bakalavr dərəcəsi alan tələbələrin təxminən 27 faizi təhsillərini davam etdirməyə hazırlaşdıqlarını bildirib. Keçən ilsə bu göstərici 24 faiz olub.

Mühəndislik və mühasibatlıq üzrə məzun olmuş tələbələr ehtimal ki, artıq iş üçün müraciət edib və müsbət cavab da alıblar. Bunlar hətta kollec dərəcəsi olan mütəxəssislərə də yüksək əmək haqqı ödəyən sektorlardır. Orta hesabla mühəndislər ildə 60 min dollar əmək haqqı ilə işə başlayırlar. Mühasibatlıqda isə bu rəqəm 45 min dollardır.

Bəs görəsən tələbələr iş imkanlarını necə artıra bilər? Milli Kollec və İşlətəminetmə Assosiasiyasının əməkdaşı Mimi Kollins deyir ki, ən effektiv vasitə ali təhsil ocağının karyera məslətləşmə mərkəzidir. Müşavirlər tələbələrin iş üçü qeydiyyatdan keçməsi və müsahibələrə hazırlaşmasına kömək edə bilər. Onlar habelə yeni iş yerləri barədə məlumat verir.  İş axtarmağın digər yolu təcrübə keçməkdir. Burada tələbələr hər hansı işdə əmək haqqı almadan və ya cüzi maaşa çalışa bilər. Assosiasiya bildirir ki, iş tapan tələbələrin 73 faizi təcrübə keçənlərdir.



E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available

  Başqa xəbərlər
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available