ABŞ ordusunun İraq şəhərlərini tərk etməsindən sonra da zorakılıqlar davam edir
02/07/2009
Birləşmiş Ştatlar hərbi
qüvvələrinin İraqın şəhərlərini tərk etməsindən az sonra Bağdad bölgəsində 3
nəfərin ölümü ilə nəticələnən bomba hücumları baş verib. Rəsmilər bombalardan
birinin bu gün İraq hərbi qüvvələrinin keşik məntəqəsi yaxınlığında yol
kənarına yerləşdirildiyini və nəticədə bir İraq əsgərinin öldüyünü, 8 nəfərin
isə yaralandığını bildirirlər.
Digər
maşına yerləşdirilmiş bomba Bağdadın cənubunda partladılmış və iki nəfərin
ölümünə, 15-nin isə yaralanmasına səbəb olmuşdur.
Kərkük şəhərində bir silahlı şəxsin
İraq hərbi qüvvələrinin zabitini qətlə yetirdiyi xəbər verilir.