VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Rusiya Türkiyəyə Cənub Axını qaz kəmərinin inşasında iştirak etməyi təklif edib

02/07/2009
NabuccoRusiya xəbər agentliklərinin bildirdiyinə görə, Moskva Türkiyəyə təbii qazını Qara dənizdən Rusiya və Qərbi Avropaya aparacaq Cənub Axını kəmərinin inşasında iştirak etməyi təklif edib. Bu barədə xəbərlər dünən Rusiyanın baş nazir müavini İqor Seçinlə Türkiyənin enerji naziri Taner Yıldız arasında keçirilən danışıqlardan sonra yayılıb. Bu arada Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Rus həmkarı Sergey Lavrovla Moskvadakı görüşündən sonra Türkiyənin enerji sahəsində Rusiya ilə əməkdaşlığa  hazır olduğunu deyib. Cənab Lavrov da məsələ barədə razılığa  gəlindiyi  təqdirdə  Rusiyanın enerji sahəsində əməkdaşlığı məmnunluq  hissi ilə qarşılayacağını söyləyib. Türkiyənin təklifə əsasən kəmərin inşasında nə kimi rol oynayacağı barədə detallar açıqlanmayıb. Rusiya ümid edir ki,Cənub Axını vasitəsilə Orta Asiya ölkələrinin təbii qazını Avropaya  nəql etsin. Cənub Axını layihəsinə əsasən tikilməsi nəzərdə tutulan qaz kəməri Qara Dənizin dibindən, bir neçə Balkan ölkəsindən keçərək, Avropaya çatacaq. Avropa Birliyi Orta Asiya qazının rəqib Nabukko qaz kəməri layihəsi vasitəsiylə nəqlinə üstünlük verir. Nabukko qaz kəmərinin Rusiya, Ukrayna və Qara Dənizdən yan keçərək  Gürcüstan və Türkiyə Ərazisindən Avropaya çıxışı nəzərdə tutulur.  

 

 


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Almaniyada Berlin divarının dağlımasının 20 illiyi qeyd edilir

  Başqa xəbərlər
Berlin Divarının çöküşünə tarixçi baxışları
Müsəlman ölkələrinin liderləri İstanbulda İslam Konfransı təşkilatının sammitinə toplaşıblar
İsa Qəmbər bələdiyyə seçkiləri və “Yeni Müsavat”ın təsisçiliyindən imtina barədə    Audio Clip Available
İran Azərbaycanla parlamentlərarası əlaqələri genişləndirmək istəyir
Amerikanın səsi radiosunun TürkSat peykindən yayımı bərpa edilib
ABŞ-ın Ali Məhkəməsində azyaşlıların ömürlük həbs cəzası ilə bağlı hökmləri nəzərdən keçirilir
Bakıda daha 8 nəfərdə donuz qripi aşkarlanıb  Audio Clip Available
İranda həbc edilən Amerika vətəndaşlarına qarşı casusluq ittihamı irəli sürülüb
Asiya-Sakit Okean Hövzəsi ölkələrində iqtisadi artım qeydə alınıb
İraqda parlament seçkilərinin yanvarın 21-də keçirilməsi təklif edilib
İndoneziyanın Sumbava adası yaxınlığında zəlzələ baş verib
İran qanunvericisi Rusiyaya xəbərdarlıq edib
Türkiyə Sudan prezidentinin İstanbulda İslam Konfransı təşkilatının zirvə görüşündə iştirak etməyəcəyini bildirir
İraq parlamenti seçki qanununu qəbul edib
Təbrizli iki siyasi məhbus sərbəst buraxılıb
İran Amerika səfirliyinə hücumun dərslərini hazırda da yaşayır  Audio Clip Available
Azərbaycanda dünyada ilk dəfə brusellyoz xəstəliyi müalicə olunub  Audio Clip Available
Araz Əzimov: Ərazi bütövlüyü ən əsas prinsip kimi tanınır