VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
AB İrandan Britaniya səfirliyinin işçilərini azad buraxmağı tələb edir

02/07/2009
Picture posted on TwitPic by  user shadishd173 allegedly shows supporters of Iran's defeated presidential candidate Mr. Mousavi dressed in black during mass protest in Tehran, 18 June 2009 Avropa Birliyi İrandan tələb edir ki, bu həftə həbs etdiyi Böyük Britaniyanın Tehrandakı səfirliyinin əməkdaşlarının hamısını azad etsin. Səfirliyin 9 yerli işçisi bazar günü İranda seçkisonrakı iğtişaşda əli olmaqda ittiham  edilərək saxlanmışdı. İranın dövlət telekanalı bildirir ki, hüquq-mühafizəçiləri əməkdaşların 8-ni azadlığa buraxsa da, bir nəfər hələ də nəzarət altındadır. Britaniya rəsmiləri isə ən azı 2 nəfərin məhbəsdə saxlandığını vurğulayır. Avropa Birliyinin rəsmiləri  təşkilata üzv 27 ölkənin Tehrandakı səfirlərini geri çağırması barədə Britaniyanın təklifini nəzərdən keçirirlər. İsveç xarici işlər naziri Karl Bildtin dünən bildirdiyinə görə, Avropa Birliyi gözləyir ki, İran lazımi addımlar ataraq səfirlik əməkdaşlarının hamısını azadlığa buraxacaq. İsveç hazırda Avropa Birliyinə rotasiya üzrə prezidentlik edir.



E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
ABŞ Konqresi səhiyyə islahatları barədə qanun üzərində tarixi səsvermə keçirir

  Başqa xəbərlər
İKT Darfura maliyyə yardımı ayırmağa çalışır
Pakistanda terror aktı törədilib
Çin Google-u ABŞ-ın vasitəsi olmaqda günahlandırır
İsrail lideri inşaat planlarında güzəştə getmir
BMT Baş katibi İsraili yeni yaşayış məntəqələrinin inşasını dayandırmağa çağırıb
İraqda seçkilərdən sonra səslərin hesablanması davam edir
Fələstinlilər İsrail ordusunun 16 yaşlı oğlanı öldürdüyünü deyir
ABŞ prezidenti İran xalqına Novruz mesajı göndərib
ABŞ Hindistana Mumbay hücumları ilə bağlı pakistanlı amerikalını sorğu-sual etməyə icazə verəcək
Prezident Obama səhiyyə islahatlarının qəbul edilməsinə çalışır
Pakistanda reyd zamanı 3 Taliban üsyançısı həbs edilib