Böyük Britaniyanın Tehrandakı səfirliyinin iki işçisi məhkəmə qarşısına çıxarılacaq
03/07/2009
Iranın yüksək səlahiyyətli ruhanisi
Ayətulla Əhməd Cənnəti Böyük Britaniya səfirliyinin bir neçə işçisinin seçkisonrası
zorakılıqlardakı roluna görə məhkəmə qarşısına çıxarılacağını bildirib. Cümə namazı zamanı danışan Ayətulla səfirlik
işçilərinin günahlarını etiraf etdiyini deyib.
Böyük Britaniyanın Tehrandakı
səfirliyinin 9 işçisi keçən şənbə günü nəzarət altına alınmışdı. Onlardan ikisinin hələ də həbsdə olduğu
deyilir.
Bu gün Britaniyanın Xarici İşlər Nazirliyi həbslərlə bağlı narahatlığını
bildirib. Avropa İttifaqı İranı bütün işçilərin azadlığa buraxılmasına
çağırıb. Qurum Britaniyanın 27 üzv
ölkənin səfirlik işçilərinin İrandan çıxarılması təklifini nəzərdən keçirir.