Vaşintonda Çin hökumətinə etiraz olaraq aksiya təşkil edilib
08/07/2009
Vaşinton şəhərində Çin hökumətinin etnik uyğuqlara qarşı
ölçülərinə etiraz olaraq aksiya təşkil edilib. Yüzlərlə insanın toplaşdığı
aksiyada "Utan Çin" şüarı səsləndirilib.
Dünya Uyğurları Konqresinin sədri Rabiyə Kadir deyib ki, biz Urumçidə
öldürülən uyğurların səsinin eşidilməsini istəyirik.
Rabiyə Kadir deyib ki, zorakılıqlar zamanı 156 deyil, 500-lə
1000 nəfər arasında insan öldürülüb.
Xanım Kadir Çində 6 il həbsdə olub. 2005-ci ildə azadlığa buraxıldıqdan
sonra Amerika Birləşmiş Ştatlarına mühacirət edib.