VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Dəyirmi Masa: ‘Sincanda uyğurlara qarşı edilən zorakılıqlar və Çində insan haqları’

09/07/2009
Bu gün Amerikanın səsi radiosundan keçirilən dəyirmi masa söhbətin mövzusu “Çinin Sincan vilayətində uyğurlara qarşı edilən zorakılıqlar və Çində insan haqları”, iştirakçılar isə Xəzər Araşdırmalar mərkəzinin prezidenti Vəfa Quluzadə,  politoloq Rasim Musabəyov və Türkiyədəki Ankara Universitetinin Müasir Türk Ləhçələri və ədəbiyyatları fakultəsinin dosenti Erkin Emet olub.

Vəfa Quluzadə bildirib ki, Çinin Sincan muxtar bölgəsində baş verən hadisələr Azərbaycana çox tanışdır. Belə ki, 1990-ci il yanvar hadisələrində də Azərbaycan xalqı eyni aqibətlə üzləşmişdi. Ekspert hesab edir ki, Çin, Rusiya kimi hegemon dövlətlərə təsir etmək çox çətindir və ona görə də bu gün Çində baş verənlərə verilən reaksiyalar çox yumşaqdır. O, bu kimi imperiyalarda həmişə azlıqlara qarşı belə siyasət yürüdüldüyünü bildirib.

Politoloq Rasim Musabeyov da deyir ki, hazırda Çinə güclü təzir müxanizmi mümkün ola bilməz. O, bir çox dövlətlərin və təşkilatların bəyanatlarla çıxışlarını vurğulasa da,belə reaksiyaların təsirsiz olduğunu bildirib: “Çində öldürülənlər müsəlmanlardır. Baxın görün hər hansı bir müsəlman dövləti sərt reaksiya veribmi? İranı götürək. İran İslam Respublikasıdır. Amma Çində ölən müsəlmanlara qarşı heç bir söz deməyiblər. Eləcədə ərəb dövlətləri. Hamı siyasət yürüdür”. Rasim Musabəyovun sözlərinə görə, regionda güclü separatçı hərəkat baş verə biləcəyindən ehtiyat edərək Çin hökuməti zorakı yolla aksiyalarda iştirak edən insanları ya öldürmək ya da həbs etmək yolunu tutub.

Dəyirmi Masa söhbətinə Türkiyədən qoşulan Uyğur məsələləri üzrə ekspert Erkin Emet isə Türkiyənin Çində baş verən hadisələrə sərt reaksiyasını diqqətə çatdırıb. O deyib ki, bu gün ilk dəfə olaraq Ankara rəsmilərindən biri və Türkiyə İstelakçılar Birliyi Türkiyədə Çin mallarının boykot olunmasına çağırıb. O, bu boykotun hökumət tərəfindən çətin olduğunu söyləsə də, artıq sadə insanların boykota başladığını bildirib: “İnsanlar çində istehsal olunmuş qələmləri sındırır, onlardan istifadədən imtina edir, dükan sahibləri çin mallarının satışı sayandırır və s. Bu indiyədək Türkiyənin uyğurlarla bağlı Çində göndərdiyi ən güclü mesajdır.”

Çində internetə çıxışın və mətbuat azadlığının məhdudlaşdırıldığını vurğulayan iştirakçılar Çin hakimiyyətinin bunu zorakılıqların dünyaya yayılmaması üçün etdiyini bildirib. Onlar hesab edir ki, dünya içtimaiyyət bu məsələni diqqətdə saxlamalı və daha sərt addımlar atmalıdır.

E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Almaniyada Berlin divarının dağlımasının 20 illiyi qeyd edilir

  Başqa xəbərlər
İda qasırğası Amerikanın cənub sahillərinə yaxınlaşıb
Berlin Divarının çöküşünə tarixçi baxışları
Müsəlman ölkələrinin liderləri İstanbulda İslam Konfransı təşkilatının sammitinə toplaşıblar
İsa Qəmbər bələdiyyə seçkiləri və “Yeni Müsavat”ın təsisçiliyindən imtina barədə    Audio Clip Available
İran Azərbaycanla parlamentlərarası əlaqələri genişləndirmək istəyir
Amerikanın səsi radiosunun TürkSat peykindən yayımı bərpa edilib
ABŞ-ın Ali Məhkəməsində azyaşlıların ömürlük həbs cəzası ilə bağlı hökmləri nəzərdən keçirilir
Bakıda daha 8 nəfərdə donuz qripi aşkarlanıb  Audio Clip Available
İranda həbc edilən Amerika vətəndaşlarına qarşı casusluq ittihamı irəli sürülüb
Asiya-Sakit Okean Hövzəsi ölkələrində iqtisadi artım qeydə alınıb
İraqda parlament seçkilərinin yanvarın 21-də keçirilməsi təklif edilib
İndoneziyanın Sumbava adası yaxınlığında zəlzələ baş verib
İran qanunvericisi Rusiyaya xəbərdarlıq edib
Türkiyə Sudan prezidentinin İstanbulda İslam Konfransı təşkilatının zirvə görüşündə iştirak etməyəcəyini bildirir
İraq parlamenti seçki qanununu qəbul edib
Təbrizli iki siyasi məhbus sərbəst buraxılıb
İran Amerika səfirliyinə hücumun dərslərini hazırda da yaşayır  Audio Clip Available
Azərbaycanda dünyada ilk dəfə brusellyoz xəstəliyi müalicə olunub  Audio Clip Available
Araz Əzimov: Ərazi bütövlüyü ən əsas prinsip kimi tanınır