VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Tehranda aksiyaların keçirilməsi ilə bağlı  qadağanı pozan nümayişçilərlə polis arasında toqquşma baş verib

10/07/2009

Eyewitness photo shows large crowd of protesters on Keshavarz Boulevard in Tehran, Iran, 09 Jul 2009İran mediası  bildirir ki, hökumətin qoyduğu qadağaya riayət etməyən  nümayişçilərlə təhlükəsizlik  qüvvələri arasında toqquşma  baş verib. İranın  dövlət nəzarətindəki televiziyası  bildirir ki, tələbə  hərəkatının on illiyi münasibəti ilə  Tehran üniversitetinin  yaxınlığında  toplaşan nümayişçiləri  dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Telekanal  aksiyada yüzlərlə  insanın olduğunu bildirsə də  başqa xəbər agentlikləri nümayişdə minlərlə insanın iştirak etdiyini irəli sürür.
Şahidlərin dediklərinə  görə polis  yürüşün qarşısını almaq üçün havaya  atəş açıb və dəyənəklərdən istifadə edib. Nümayişçilər isə zibil qutularını yandırıb, ‘Dikdatora ölüm’ şuarları bağırıblar.
Nümayişi Mir Hüseyn Musəvinin  tərəfdarları  təşkil edib. Bəzi nümayişçilərin  nəzarət altına alındığı deyilir.  İran rəsmiləri nümayişə cəhd edənlərin  ağır şəkildə cəzalandırılacağıyla hədələmişdir. 


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
ABŞ Konqresi səhiyyə islahatları barədə qanun üzərində tarixi səsvermə keçirir

  Başqa xəbərlər
İKT Darfura maliyyə yardımı ayırmağa çalışır
Pakistanda terror aktı törədilib
İraq baş naziri səslərin yenidən hesablanmasına çağırır
Çin Google-u ABŞ-ın vasitəsi olmaqda günahlandırır
İsrail lideri inşaat planlarında güzəştə getmir
BMT Baş katibi İsraili yeni yaşayış məntəqələrinin inşasını dayandırmağa çağırıb
İraqda seçkilərdən sonra səslərin hesablanması davam edir
Fələstinlilər İsrail ordusunun 16 yaşlı oğlanı öldürdüyünü deyir
ABŞ prezidenti İran xalqına Novruz mesajı göndərib
ABŞ Hindistana Mumbay hücumları ilə bağlı pakistanlı amerikalını sorğu-sual etməyə icazə verəcək
Prezident Obama səhiyyə islahatlarının qəbul edilməsinə çalışır
Pakistanda reyd zamanı 3 Taliban üsyançısı həbs edilib