İtaliyanın Laquilla şəhərində
keçirilən Böyük Səkkizliyin sammitində iştirak edən Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gün Vatikanda Roma Papası Benediktlə görüşüb. Roma
Papasının ABŞ-ın birinci xanımı Mişel Obamanı və digər ABŞ rəsmilərini də qəbul etdiyi bildirilir. Prezident Obama 25
dəqiqəlik görüşü səmərəli adlandırıb. Roma Papası ABŞ prezidentinin qızları ilə
də özəl görüş keçirib. Barak Obama ilə
Roma Papası arasında hansı məsələrin müzakirə edildiyi barədə məlumat verilmir.
ABŞ prezidenti Obama ilə Roma Papası abort
kimi məsələlərdə fikir ayrılığına, lakin yoxsullara yardım məsələsində ortaq mövqeyə malikdirlər.