VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ nizamlanmasına dair baza prinsiplərinin yekunlaşdırılmasına çağırır

10/07/2009

 

[insert caption here]Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanata görə, ABŞ, Rusiya və Fransa Böyük Səkkizliyin sammiti zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin yekunlaşdırılmasında Azərbaycan və Ermənistan prezidentlərinə dəstək verdiklərini bir daha təkrar edib. Bəyanatda bildirilir ki, Minsk qrupuna üzv ölkələrin prezidentləri  Barak Obama, Dmitri Medvedyev və Nikola Sarkozi 2007-ci il Madrid sənədinin yeni versiyasının təqdim edilməsi barədə vasitəçilərinə göstəriş verdiklərini bildirib. Ağ Evin bəyanatında deyilir ki, baza prinsipləri Helsinki Yekun Sənədinin gücdən istifadə edilməməsi, ərazi bütövlüyü, xalqların bərabər hüquqlu olması və öz müqəddəratlarını təyin etməsi prinsiplərinə əsaslanan    məntiqli bir kompramizi əks etdirir.

Hər üç ölkənin dövlət başçısı Ermənistan və Azərbaycan  prezidentlərini aralarındakı bir neçə fikir ayrılığının aradan qaldırılmasına və münaqişənin həllini nəzərdə tutan baza prinsiplərinə dair razılığın yekunlaşdırılmasına çağırıb.

Ermənistan və Azərbaycana təqdim edilən baza prinsiplərinə dair razılıq 2007-ci ilin noyabr ayında ABŞ, Fransa və Rusiyanın xarici işlər nazirləri tərəfindən Madriddə əldə edilmişdi. 

Baza prinsiplərinə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması, təhlükəsizlik və özünüidarə təzminatı ilə Dağlıq Qarabağın müvvəqqəti statusunun müəyyənləşdirilməsi, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz yaradılması, xalqın iradəsi ilə Dağlıq Qarabağa yekun hüquqi status verilməsi, məcburi köçkünlər və qaçqınların geri qaytarılması, habelə beynəlxalq sülhməramlı qüvvələrin münaqişə zonasına yerləşdirilməsi daxildir. 

Baza prinsiplərinin Ermənistan və Azərbaycan tərəfindən təsdiq edilməsi bu iki ölkə və onların sərhəd regionlarının sülh, sabitlik və rifahını təminat altına almalıdır.

 


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Almaniyada Berlin divarının dağlımasının 20 illiyi qeyd edilir

  Başqa xəbərlər
Berlin Divarının çöküşünə tarixçi baxışları
Müsəlman ölkələrinin liderləri İstanbulda İslam Konfransı təşkilatının sammitinə toplaşıblar
İsa Qəmbər bələdiyyə seçkiləri və “Yeni Müsavat”ın təsisçiliyindən imtina barədə    Audio Clip Available
İran Azərbaycanla parlamentlərarası əlaqələri genişləndirmək istəyir
Amerikanın səsi radiosunun TürkSat peykindən yayımı bərpa edilib
ABŞ-ın Ali Məhkəməsində azyaşlıların ömürlük həbs cəzası ilə bağlı hökmləri nəzərdən keçirilir
Bakıda daha 8 nəfərdə donuz qripi aşkarlanıb  Audio Clip Available
İranda həbc edilən Amerika vətəndaşlarına qarşı casusluq ittihamı irəli sürülüb
Asiya-Sakit Okean Hövzəsi ölkələrində iqtisadi artım qeydə alınıb
İraqda parlament seçkilərinin yanvarın 21-də keçirilməsi təklif edilib
İndoneziyanın Sumbava adası yaxınlığında zəlzələ baş verib
İran qanunvericisi Rusiyaya xəbərdarlıq edib
Türkiyə Sudan prezidentinin İstanbulda İslam Konfransı təşkilatının zirvə görüşündə iştirak etməyəcəyini bildirir
İraq parlamenti seçki qanununu qəbul edib
Təbrizli iki siyasi məhbus sərbəst buraxılıb
İran Amerika səfirliyinə hücumun dərslərini hazırda da yaşayır  Audio Clip Available
Azərbaycanda dünyada ilk dəfə brusellyoz xəstəliyi müalicə olunub  Audio Clip Available
Araz Əzimov: Ərazi bütövlüyü ən əsas prinsip kimi tanınır