VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Israil nüvə qabiliyyətli İranın onun üçün təhlükə olduğunu deyir

10/07/2009

 İsrailin Milli Tərlükəsizlik Məsələləri üzrə müşaviri Uzi Arad İranın onun ölkəsinə qarşı nüvə  hücumuna cürət etsə, tamamilə dağıdılacağını deyib. Uzi Arad bu gün gündəlik "Haaretz" qəzetinə müsahibəsində deyib ki, İsrailin nüvə hücumlarının qarşısını alacaq və ya cavab verə biləcək güclü silahlara ehtiyacı var. Bu isə İsrailin heç vaxt etiraf etmədiyi nüvə arsenalına işarədir. Cənab Arad nüvə qabiliyyətli İranın İsrail üçün kabus olduğunu deyib.

Keçən həftə İsrailin baş naziri Benyamin Netanyahu nüvə qüdrətli İranın təkcə İsrailə deyil, Qərb sivilizasiyasına da təhlükəli olduğunu demişdi. Cənab Netanyahu dünyanın ən pis rejimlərinin təhlükəli silahlar əldə etməsinin bəşəriyyəti böyük bir hədə qarşısında qoyduğunu deyib. "Dünyada sülh, təhlükəsizlik və ortaq dəyərlər naminə biz buna yol verməməliyik" – deyə, cənab Netanyahu bildirib.

İsrail nüvə proqramının sülh mahiyyəti daşıdığını deyən İranın nüvə silahları inkişaf etdiyindən əmindir. İsrail beynəlxalq diplaomatiya baş tutmasa, İranın nüvə obyektlərinə elan edilmədən hücum edə biləcəyi barədə xəbərdarlıq verir.

 


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir