VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
ABŞ prezidenti Qanadadır

11/07/2009

ABŞ prezidenti Afrikanın dünya məsələlərinin bir hissəsi olduğunu deyib. Barak Obama bunu Qanada prezident Con Atta Millslə səhər yeməyindən sonra bildirib. Barak Obama bu gün Qananın parlamenti qarşısında çıxış edib, administrasiyasının Afrikaya dair siyasətini açıqlayıb.

Prezident deyib ki, demokratiya, imkanlar, səhiyyə və münaqişələrin həlli Afrika və inkişaf etməkdə olan ölkələrin gələcəyinin əsas amilləridir.O, qarşılqılı məsuliyyətin Afrika ölkələri və ABŞ arasındakı tərəfdaşlığın təməl daşı olduğunu bildirib. Prezident Obama administrasiyasının malyariya, polio, vərəm və QİÇS-lə mübarizə məqsədi ilə 63 milyard dollar məbləğində Afrikanın səhiyyə təşəbbüslərinə vəsait ayırdığını bəyan edib. Barak Obama bu qitədəki  münaqişələrin həllinə çağırıb. O deyib ki, ideologiya naminə günahsız insanların öldürülməsinə heç cür bəraət qazandırıla biləməz.

ABŞ dövlət başçısı uşaqların ölümə göndərilməsinin ictimaiyyətin ölüm hökmü olduğunu bildirib.  Prezident deyib ki, Darfurda hər bir uşağın dəyəri, Konqoda hər bir qadının şərəfi müdafiə edilməlidir. Prezident deyib ki,  fəqli qəbilələr və fərqli peyğəmbərlərə məxsus olanları qəbul etməyənlərə 21-ci əsrdə yer yoxdur. Barak Obama Afrikanın gələcəyinin afrikalıların əlində olduğunu vurğulayıb. ABŞ dövlət başçısı Qanaya səfər etməsini bu ölkənin funksiya göstərən bir demokratiyaya malik olması ilə izah edib. Prezident Obama və birinci xanım Mişel Obama 300 il əvvəl Amerikanı kölələrlə təmin edən keçmiş qul ticarəti mərkəzində olub.

Qananın paytaxtı bu gün hər iki ölkənin bayraqları və liderlərin şəkilləri ilə bəzənib. Şəhərə təhlükəsizliyin qorunması üçün 10 000 polis səfərbər edilib. ABŞ prezidentinin şəhərin müstəqillik meydanında çıxışı planlaşdırılırdı. Lakin yağmurlu hava şəraiti prezidentin açıq hava çıxışını imkansız edib. ABŞ dövlət başçısı Qanaya dünən Böyük Səkkizliyin İtaliya sammitindən sonra səfər edib.

 



E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Barak Obama administrasiyasının Çinə lazımi təzyiq göstərməməsinə dair tənqidləri rədd edib

  Başqa xəbərlər
İberiya hava yollarının işçiləri tətil edir
İda qasırğası Amerikanın cənub sahillərinə yaxınlaşıb
Berlin Divarının çöküşünə tarixçi baxışları
Almaniyada Berlin divarının dağlımasının 20 illiyi qeyd edilir
Müsəlman ölkələrinin liderləri İstanbulda İslam Konfransı təşkilatının sammitinə toplaşıblar
İsa Qəmbər bələdiyyə seçkiləri və “Yeni Müsavat”ın təsisçiliyindən imtina barədə    Audio Clip Available
İran Azərbaycanla parlamentlərarası əlaqələri genişləndirmək istəyir
Amerikanın səsi radiosunun TürkSat peykindən yayımı bərpa edilib
ABŞ-ın Ali Məhkəməsində azyaşlıların ömürlük həbs cəzası ilə bağlı hökmləri nəzərdən keçirilir
Bakıda daha 8 nəfərdə donuz qripi aşkarlanıb  Audio Clip Available
İranda həbc edilən Amerika vətəndaşlarına qarşı casusluq ittihamı irəli sürülüb
Asiya-Sakit Okean Hövzəsi ölkələrində iqtisadi artım qeydə alınıb
İraqda parlament seçkilərinin yanvarın 21-də keçirilməsi təklif edilib
İndoneziyanın Sumbava adası yaxınlığında zəlzələ baş verib
İran qanunvericisi Rusiyaya xəbərdarlıq edib
Türkiyə Sudan prezidentinin İstanbulda İslam Konfransı təşkilatının zirvə görüşündə iştirak etməyəcəyini bildirir
İraq parlamenti seçki qanununu qəbul edib
Təbrizli iki siyasi məhbus sərbəst buraxılıb
İran Amerika səfirliyinə hücumun dərslərini hazırda da yaşayır  Audio Clip Available
Azərbaycanda dünyada ilk dəfə brusellyoz xəstəliyi müalicə olunub  Audio Clip Available
Araz Əzimov: Ərazi bütövlüyü ən əsas prinsip kimi tanınır