ABŞ prezidenti bu həftə xarici səfərlərinə baxmayaraq,
diqqətini ölkəsindəki problemlərdən yayındırmayıb. Həftəlik radio müraciəti
zamanı Barak Obama Amerika iqtisadiyyatının “uçurumdan qayıtdığını” deyib.
Lakin ABŞ dövlət başçısı bildirib ki, iqtisadi tənəzzülə son qoyulması uzun
vaxt aparacaq.
Prezident ikinci bir stumullaşdırma planı barədə fikirləri və
ilkin planın nəticələr vermədiyinə dair tənqidləri rədd edərək, bunun gələn iki
il üçün nəzərdə tutulduğunu bildirib. ABŞ prezidenti səhiyyə xidməti və təhsil
sahələrində islahatların böyük xərclər tələb etdiyinə dair ittihamları qəbul
etmədiyini deyərək, yararsız proqramların israfçılığının aradan qaldırılması və
defisitin azaldılması üçün iş apardığnı bildirib.