Böyük Britaniyanın xarici işlər naziri ölkəsinin Əfqanıstandakı missiyasını müdafiə edib
11/07/2009
Böyük Britaniyanın xarici işlər
naziri Deyvid Miliband 24 saat ərzində 8 Britaniya əsgərinin həlak olduğu Əfqanıstanda
ölkəsinin missiyasını müdafiə edib. BBC radiosuna müsahibəsi zamanı nazir deyib
ki, Əfqanıstanda təhlükəsizlik təminat altına alınmayınca, Britaniya təhlükəsiz
olmayacaq.
Deyvid Miliband Əfqanıstandakı qüvvələrin Britaniyanın gələcəyi uğrunda
mübarizə apardıqlarını deyərək, Əfqanıstan-Pakistan sərhədlərindəki ərazilərdən
ABŞ və Britaniyaya qarşı hücumlar üçün
istifadə edildiyini bildirib. Böyük Britaniyanın Əfqanıstanda əksər hissəsi cənub
Helmand vilayətində olmaqla, 8000-dən artıq əsgəri qüvvəsi xidmət göstərir.