Çində şiddətli zəlzələnin təsirinə
məruz qalan bölgəyə təcili yardımlar çatdırılır.Yunnan vilayətində baş verən
zəlzələ nəticəsində minlərlə ev yerlə yeksan olub, minlərlə insan çadırlarda sığınacaq tapıb.Evlərin daqıntıları
altından sağ qalanların xilası üçün əsgərlər səfərbər edilib.
Çinin Sinxua
xəbər agentliyinin məlumatına görə, 6 bal gücü olan zəlzələ bir adamın ölümü,
300 nəfərin xəsarət almasına səbəb olub. Bölgədə 18000 evin dağıldığı, 75000
digər tikiliyə ziyan dəydiyi bildirilir.