VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Uyğur tələbələrin Vaşinqtonda etiraz aksiyası


11/07/2009
Çinin Sincan Muxtar Regionunda bazar günü başlayan iğtişaşlar və  təhlükəsizlik qüvvələrinin mülki əhaliyə qanlı divan tutmasına dünya miqyasında  reaksiyalar  davam edir. Həftə ərzində Türkiyə, Avropa və Amerikanın başlıca şəhərlərində hadisələr zamanı qətlə yetirilən iki yüz nəfərə yaxın adamın xatirəsini yad etmək, həbslərə, təqib və  təzyiqlərə məruz qalan Uyğurlara dəstək məqsədi ilə nümayişlər keçirilib.

[insert caption here]

Dünənki, nümayiş Çin  rəsmilərinin Sincandakı siyasətini, mülki  əhaliyə qarşı həddən artıq dərəcə də güc işlədilməsini qınayan, Çini Sincanda  uyğurlara  qarşı təqib və təzyiq siyasətini dayandırmağa çağıran  Vaşinqton və ətrafındakı uyğurların  bu həftə  təşkil etdikləri ikinci nümayişdir. İkinci dünya müharibəsi sonrasında yaranmış və 1949-cu ildə Çinin Uyğuristanı işğalı ilə sukuta uğramış Şərgi Türkistan Respublikasının  bayraqlarını daşıyan nümayişçilər Ağ Evin qarşısındakı Lafayet Parkında təşkil etdikləri aksiya da Çin hakimiyyətini  Sincandakı zorakılıq və təzyiqlərə  son qoymağa  çağırmışlar.

Aksiyanın təşkilatçılarından Vaşinqtondakı Corc Vaşinqton Universitetinin tələbəsi Kekenus Sidiq nümayişdə  etdiyi çıxışı zamanı, tələbələrin  Urumçidəki ailələrindən dəhşətli xəbərlər aldıqlarını, xüsusilə Urumçidəki Uyğur əhalinin həyatı  təhlükə  qarşısında olduğunu söyləyib. O insanların heç bir dəlil olmadan və səbəb göstərmədən polis özbaşınalığı nəticəsində  evlərindən aparıldıqlarını, saxlanılan insanlar haqqında məlumat alına bilmədiyini söyləyib. O, ABŞ-ı və dünya ictimaiyyətini Sincandakı  zorakılıqları dayandırması üçün Çin hökumətinə təzyiq  göstərməyə çağırıb.

Amerikanın səsinə müsahibə verən Kekenus Sidiq deyib ki, Çində uyğurlara qarşı amansız ədalətsizlik edilir: "Bir neçə gün öncə Urumçi şəhərində Çin hökumətinin qoşunları nümayişçilərə atəş açıb. Çin hökuməti etirazçılarin birbaşa atışə tutulması barədə göstəriş verib. Bu nümayişlərə səbəb uyğurların uzun illərdir Çin rəsmiləri tərəfindən ayrıseçkiliklər, insan haqları pozuntularına məruz qalması olub".

Uyğur tələbə deyir ki, Hanlarla uyğurlar arasında baş verən toqquşmalar da Çin hökuməti tərəfində süni yaradılıb. Kekenus Sidiqin sözlərinə görə, indi Hanlarla uyğurlar bir-birinə düşmən gözü ilə baxır: "İndi uyğurlar həm 2 milyonluq hanların, həm çin hökumətinin, həm də çin qüvvələrinin hücumuna məruz qalır. 100 minlərlə uyğur qətlə yetirilir. Ona görə də, bizim köməyə və dəstəyə ehtiyacımız var. Bütün dünyanın bu qətllərdən xəbəri olmalıdır ".

Uyğur tələbələrin təşkil etdiyi bu tədbir 2 hissədən ibarət olub. Əvvəlcə, tələbələr Lafayet parkında toplaşaraq, parkda gəzişən insanlara broşurlar paylayıb, onları məlumatlardırmağa çalışıblar.

Parkda təxminən bir saat yarımdan çox müddət ərzində "Uyğurlara ədalət", "Bəsdir Analarmızı öldürdüz", "Utan Çin" kimi şuarlar səsləndirən nümayişçilər arasında türk və azərbaycanlılar da olub. Corc Taun Universitetinin Magistraturasında təhsil alan azərbaycanlı tələbə Tamerlan Vahabov deyir ki, belə etiraz aksiyalarını bütün türkdilli xalqlar dəstəkləməlidir.

Aksiyanın ikinci hissəsi isə birbaşa Ağ Evin qarşısında olub. Lafayet Parkından Ağ Evin qarşısına yürüş edən etirazçılar orada Çində zorakılıqları əks etdirən plakatlar qaldırmış və Çin əleyhinə şuarlar səsləndirmişlər.

Nümayişdə iştirak edən Corc Vaşinqton Universitetinin Çin məsələləri üzrə tədqiqatçısı Metyu Hovard deyir ki, kommunist rejim uyğurlara qarşı fərqli siyasət yürüdür: "Bu siyasətə uyğurların din azadlıqlarının əlindən alınması daxildir. Rəsmilər tələbələrin və hökumət işçilərinin məscidlərə getməsinin qarşısının alır. Qadınların hicab bağlamasınamane olur. Qədim vaxtlardan bəri regionda inkişafın qarşısı alınır."

3 il Çində, 6 ay da Sincanda yaşayan tədqiqatçı deyir ki, bir neçə gün öncə baş vermiş toqquşma anlaşılmazlıq ucbatında olub. Onun sözlərinə görə, uyğurlar hesab edir ki, Çin kolonistləri onların torpaqlarını zəbt edir: "Digər tərəfdən də, hanlar elə düşünür ki, uyğurlar ədalətsizdirlər. Hanlar hesab edir ki, uyğurlar onların regiona gətirdiyi iqtisadi inkişafa görə onlara minnətdar olmalıdırlar".

Ağ Evin qarşısında baş tutan dünənki etiraz aksiyaları ABŞ prezidentinin çalışdığı yeri ziyarət edən hər bir turistin diqqətini cəlb edib.

E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Dəyirmi masa: ‘Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi’

  Başqa xəbərlər
Bu gün ABŞ-da Şükran bayramı qeyd edilir
Mumbayda həyata keçirilən terror hücumlarının ildönümü qeyd edilib
Illik Həcc ziyarəti güclü yağışlar və daşqınlarla müşayiət edilir
Qurban bayramı ərəfəsində İraqda bomba hücumları artıb
ABŞ-ın kəşfiyyat xidməti  təhlkükəsizlik prosedurlarını bir daha nəzərdən keçirir
Roman Polanskinin ailəsi İsveçrə rəsmilərinin qərarını alqışlayıb
ABŞ prezidenti dünya müsəlmanlarını Həcc ziyarəti münasibəti ilə təbrik edib
Barak Obama Əfqanıstanla bağlı yeni strategiyasını gələn həftə açıqlayacaq
Təbrizdə iki tələbə tutuldu, üç tələbə mühakimə olundu
Harayın qonağı Fazil Mustafa: İranda tətbiq olunan prinsiplər müasir dünyanın tələblərinə uyğun gəlmir
Azərbaycanda məişət zorakılığı ATƏT-in diqqətindədir  Audio Clip Available
Ombudsman Apelyasiya məhkəməsinin blogerlərin  işində dönüş yaradacağına ümid edir
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available