VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Urumçidə hələ də Çin qüvvələri küçələrdə keşik çəkir

11/07/2009
Urumçinin bəzi sakini xəbərlər agentliklərə deyib ki, onlar zorakılıqlara görə evlərindən çıxmağa qorxurlar, başqaları isə itkin düşən qohumlarını axtardığını bildiriblər. Çinin hərbi qüvvələrinin məlumatına əsasən,  zorakılıqlar nəticəsində 184- adam həlak olub. Rəsmilər 137 nəfərin han etnik qrupunun üzü, qalanlarının əksəriyyətinin  uyğurlar olduğunu bildirib. Etnik qruplar arasında toqquşmalar iyulun 5-də uyğuların Çinli Hanlara  hücumundan sonra  baş verib. İki gün sonra Han  etnik qrupunun üzvləri uyğurlardan qısas almaq üçün küçələrə tökülmüşlər. Rəsmilər 1434 nəfərin həbs edildiyini bildirirlər.

Xaricdəki uyğur qrupları isə deyirlər ki, toqquşmalarda yüzlərlə uyğur həlak olub. Birləşmiş Ştatların bir kongresmini toqquşmalarda 500 adamın öldüyünü bildirib.

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Sincandakı zorakılıqları uyğurlara qarşı genosid adlandıraraq deyib ki, Çin hökuməti  bu hadisənin müşahidəçisi olmamalıdır. Kongresman Villiam Delahund  və Dana Rohrabacher Birləşmiş Ştatları Çini uyğuların susdurulması ölçülərini qınamağa səsləyib. Onlar Pekini dinc yolla fəaliyyət edən dissidentləri edam hökmünə məhkum etməməyə çağırıblar. Çin hökuməti zorakılıqların təqsirini  separatist və terroççu adlandırdığı  daxildəki və xaricdəki  qrupları,xüsusilə  də Vaşinqtonda yaşayan uyğur fəal Rəbiyə Qədirin üzərinə atıb.

E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available

  Başqa xəbərlər
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available