ABŞ prezidenti Barak Obama bir
həftəlik Moskva, Böyük Səkkizlik və Qana görüşlərindən sonra Vaşinqtona
qayıdıb. Ailəsi ilə bərabər ABŞ dövlət başçısı vətəninə gecə yarısından az
sonra çatıb.
Dünən Barak
Obama Qananın parlamenti qarşısında çıxış edib, administrasiyasının Afrikaya
dair siyasətini açıqlayıb.ABŞ dövlət başçısı Qanaya səfər etməsini bu ölkənin
funksiya göstərən bir demokratiyaya malik olması ilə izah edib.
Prezident Obama,
birinci xanım Mişel Obama və onların iki qızı 300 il əvvəl Amerikanı kölələrlə
təmin edən keçmiş qul ticarəti mərkəzində olub. Prezident deyib ki, qızlarının
kölə satışı mərkəzini görməsi onun üçün böyük əhəmiyyət kəsb edib. Belə ki,
onlar tarixin kəskin dönüşlərinin şahidi olublar.