Çin mətbuatının məlumatına görə,
bu gün Sincan muxtar regionunun paytaxtı Urumçi şəhərinin kimya zavodunda
partlayış olub. Sinhua xəbər agentliyi hadisə zamanı xəsarət alan olmadığını
bildirib. Partlayışın səbəbi barədə məlumat verilməyib. Şəhərdə sakitliyin
bərqərar edilməsi məqsədi ilə təhlükəsizlik qüvvələri və qiyam polisi Urumçidə
keşik çəkir. Qüvvələr bu şəhərə ötən bazar günü 184 adamın ölümü ilə nəticələnən
qarşıdurmalardan sonra yerləşdirilib.