ABŞ Rusiyanın Qırğızıstanda ikinci baza açmaq planının əleyhinə deyil
12/07/2009
Qırğızıstanda səfərdə olan ABŞ dövlət katibinin müavini Uilyam
Börns Amerikanın Rusiyanın bu ölkədə ikinci baza açmaq planının əleyhinə
olmadığını bildirib. Bu gün Bişkekdə müxbirlərlə görüşən diplomat deyib
ki, bu, suveren Qırğızıstanın qərarıdır.
Cənab Börns ABŞ-ın Qırğızıstanın müstəqilliyi,
suverenliyi və təhlükəsizliyinin möhkəmləndirilməsi yolunda atılan hər bir
addımın doğru olduğunu düşündüyünü deyib. Rusiyanın bu Orta Asiya respublikasında
ikinci baza açmaq niyyəti ötən həftə sonu
Qırğızıstan tərəfindən açıqlanmışdı.