VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Qərb mediası Türkmənistanla Azərbaycanın Xəzərdəki yataq mübahisəsi barədə


30/07/2009

 

Türkmənistan bu həftə Xəzərdəki yataqların mənsubiyyətini beynəlxalq məhkəmə ilə müəyyən etmək niyyətində olduğunu bildirib.  İnformasiya agentlikləri bildirirlər ki, bu barədə bəyanatla prezident Qurbanqulu Berdıməhəmmədov hökumət iclasında çıxış edib.

voa newspapers 150 russian.jpg

Assoşieyted Press agentliyi prezidentin yerli televiziya ilə yayımlanan çıxışından belə bir sitat gətirir ki, Azərbaycanla mübahisəli yataqlar barədə məsələnin öyrənilməsinə aparıcı hüquqşünasların cəlbindən sonra sənədlər Beynəlxalq Arbitraja təqdim olunmalıdır.

Berdıməhəmmədov deyib ki, bütün səylərə rəğmən Xəzərin mərkəzində yerləşən yataqlara dair konsensus əldə edilməyib.

Röytersin müxbiri isə yazır ki, Türkmənistan lideri açıq şəkildə Azərbaycanı onun ərazisində yerləşən yataqların birtərəfli qaydada istismar etməkdə suçlayıb.

Agentlik daha sonra Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Toylı Komekovun bu barədə çıxışını xatırladır. Komekov deyib ki, Xəzər dənizinin dibi və təkinin bölünməsi məsələləri üzrə ötən həftə Bakıda keçirilən Türkmənistan-Azərbaycan danışıqları müəyyən ümid yaratsa da, onların səylərinə baxmayaraq, Azərbaycanla mübahisəli yataqlarla bağlı konsensus əldə olunmayıb.

Danışıqların tarixinə toxunan nüfuzlu Asia Times dərgisinin yazarı Robert Catler isə yazır ki, Türkmənistanda belə bir fikir oturuşub ki, bu sahədə qarşılıqlı məqbul variantın tapılması türkmənlərin «Ömər» və «Osman», azərbaycanlıların isə  «Azəri» və «Çıraq» adlandırdığı mübahisəli yataqların məhz birtərəfli istismarına başlayan Bakının xüsusi mövqeyinə görə gecikir. Aşqabad habelə həmçinin, Azərbaycanın «Kəpəz» adlandırdığı, türkmənlərin isə mərhum türkmənbaşının şərəfinə sərdar adı verdiyi yatağa da iddialarını gizlətmir.

Müəllifə görə, bütün bu mübahisələrin fonunda Avropa Birliyi hələ də ümid eləyir ki, Türkmənistan Rusiyadan yan keçməklə Avropaya qaz ötürülməsi üçün nəzərdə tutulan «Nabukko» kəmərinə qazı ilə dəstək olacaq.

Sovet İttifaqı dağılandan sonra Xəzəryanı dövlətlərin 5-dən 3-ü (Qazaxıstan, Rusiya və Azərbaycan) Xəzərin delimitasiyası, dibinin və yeraltı sərvətlərinin bölünməsi ilə bağlı razılaşıb.

Bakıda hesab edirlər ki, Azərbaycanın «Kəpəz», Türkmənistanınsa «Sərdar» adlandırdığı neft yataqları ilə bağlı Aşqabadın nəyisə araşdırmaq istəyinin kökündə hər hansı hüquqi istinad yoxdur. Sadəcə Türkmənistan sovet dövründə Azərbaycan neftçilərinin kəşf etdiyi və Azərbaycanın xeyli sərmayə qoyduğu neft yatağına yiyə durmağa çalışır.

Bəs görəsən, bu işin məhkəmə perspektivi nə qədərdir? Qərb yazarlarının ümumi rəyi bleədir ki, ən yaxşı yol məsələnin qarşılıqlı danışıqlarla həll olunmasıdır.

“Kəpəz yatağı ilə bağlı Türkmənistanın iddiaları hələ keçmiş prezident Saparmurat Niyazovun dövründə də olmuşdu. Amma sonra bu məsələ bir müddət sakitləşdi” – deyə Assoşieyted Pressin müxbiri Aleksander Verşinin xatırladır.

O diqqəti buna yönəldir ki, hətta Türkmənistanın indiki prezidentinin seçiləndən sonra Azərbaycana səfər etməsi iki ölkə arasında bu mübahisəli məsələnin bitməsi anlamına gəlmişdi.

Buna görə də məsələnin ən real həll yolu iki ölkənin enerji rəsmiləri və diplomatlarının bir masa arxasında artıq dəfələrlə sınaqdan keçirilmiş müzakirələri davam etdirməsidir.


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
İran nüvə obyektlərinə qarşı hücumlardan müdafiə məqsədi ilə hava manevrlərinə hazırlaşır

  Başqa xəbərlər
İraq parlamentinin sessiyası heç bir razılıq əldə edilmədən başa çatıb
Barak Obama: Asiya ilə ticarət Amerika iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir
Kabildə raket hücumu nəticəsində iki nəfər yaralanıb
Nidal Həsənin bu gün ilk məhkəmə dinləməsi keçirilir
Dalay Lama Barak Obamaya təşəkkürünü bildirib
Peşəvər şəhərində qaz sızması partlayışa səbəb olub
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər
Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik  Audio Clip Available
Azərbaycan qaz satışı ilə bağlı Asiya bazarlarını öyrənir
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
İranda həbsdə olan Azərbaycan aliminin taleyi məlum deyil  Audio Clip Available
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
Uşaq Haqları Konvensiyasının 20 yaşı tamam olur
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir
İran prezidenti Təbrizdə azərbaycanlıların mədəni tələbləri məsələsinə toxunmadı
Britaniyada intensiv yağışlar güclü daşqınlara səbəb olub
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
Dəyirmi Masa: Azərbaycanda internet və blogerlər
Əli Rıza Fərşi ilə müsahibə (audio)  Audio Clip Available
Harayın qonağı Cəmil Həsənli: İranda insanlara dil haqqı verilməməsindən narahatıq
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available